Gönderi

592 syf.
1/10 puan verdi
Nobel mükafatı almış bir yazar və oxucular tərəfindən bu qədər sevilən, tövsiyə edilən bir romanı oxumaq qərarına gəldim(normalda tövsiyə olunan kitablar oxumuram). Kamalın dilindən yazılıb roman, oxuduqca sanki onunla təmasda oluruq. Ancaq surəti, nə düşüncələrini, nə də sonda baş verənləri sevmədim. Bəlkə də yazar oxucularda Kamala qarşı heçbir rəğbət hissi yaratmağa çalışmadığındadır bu hiss. Kamal varlı bir gəncdir, Sibellə nişanlılıq ərəfəsində bir mağazada Füsunu görür və ilk görüşdə ona vurulur. Sadəcə belə bir sual Sibelə qarşı heçbir hiss yox idisə bütün bu oyun nəyə lazım idi? Kamalın sevmədiyim xüsusiyyətlərindən biri də Füsunu sevsə də Sibellə bağlı xəyallar, gələcək qurur özlüyündə. Füsun və Kamal gizlicə görüşməyə başlayırlar. Bu görüşlərdə həm ruhlar, həm cisimlər qovuşur. Yazarın hərşeyi bu qədər çılpaqlığı ilə verməsi də Kamalı sevməməyimə səbəb oldu. Füsunu əldə etməkçün hərşeyi edən Kamal onunla münasibətdə ola-ola Sibellə nişanlanır. Bunu eşidən Füsun Kamalın həyatından çıxıb gedir sanki heç olmamış kimi. Füsunun yoxluğunda Kamal onu çox axtarır, Sibellə ayrılır. Sibeli ən başından pulgir, sevgisiz biri kimi görsək də Kamalın xəstə olduğunu düşünürək ona kömək etməyə çalışır və burada da görürük ki, o həqiqətən Kamala dəyər verir. Uzun müddət sonra Füsunu tapır ancaq o artıq evlənmişdir. Kamal Füsuna olan sevgisini sübut etmək və ona yaxın olmaqçün Füsunun əri ilə münasibət qurur. 8il boyunca qürurunu heçə sayaraq axşam yeməklərinə onlara gedir. Hər gedişində də Füsunun istifadə etdiyi saç rezini, qaşıq, istifadə edib atdığı salfet, siqaret kötükləri və s. əşyaları gizlincə götürür. Kamal yalnız evinin bir otağında qalırdı qalan bütün otaqlar Füsunun əşyaları ilə dolu idi. Nəhayət 9il sonra Füsun boşanır. Ancaq qədər.. həyat zamanında bir-birini anlamayan ruhları zamansız birləşməyə qoymur.. Füsun bədbəxt hadisə nəticəsində ölür. Kamal isə Füsundan qalan bütün əşyaları yığaraq bir muzey qurur "Məsumiyyət muzeyi". Həyatının geri qalanını xatirələrlə keçirdir. Füsun surətinə gəlincə bu qədər tez Kamala təslim olması, hisslərinə daim yenik düşməsi əslində gənc qızın ona nə qədər vurğun olduğunu göstərir. Halbuki Füsunu tanıdıqca necə sərt bir xarakterə sahib olduğunu yazar gözlər önünə sərir. Bir oxucu kimi onların arasındakı münasibəti "eşq" adlandırmıram(şəxsi fikrimdir). Kamalın takıntı olduğu bir münasibət idi. Füsun yanında ikən onun barəsində ən incə detayı belə əzbərləyirdi. Ancaq birlikdə ikən götürdüyü sırqanı hara qoyduğunu xatırlamır, Füsun həyatında olan zaman bir tərəfdən də Sibeli atmaq istəmirdi. Həqiqətən səmimi hissləri olsa idi Sibellə münasibətə girmək nədir heç düşünməzdi belə. "Həyatımın ən xoşbəxt anıymış, bilmirdim." cümləsi ilə başlayır və "Hərkəs bilsin, çox xoşbəxt həyat yaşadım." cümləsi ilə bitir əsər. Kamalın əslində nə qədər bədbəxt yaşadığını qışqırır sanki cümlələr...
Məsumiyyət Muzeyi
Məsumiyyət MuzeyiOrhan Pamuk · Qanun Nəşriyyatı · 201466 okunma
··
741 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.