Gönderi

150 syf.
5/10 puan verdi
Hər xalq öz tarixini yazır
Qəbul edək ki, səsvermə keçirilsə 10/8i Skandinaviya ölkələrində yaşamağı arzulayır. Bugünkü gündə dünyanın ən xoşbəxt ölkələri içərisində birinci yerdədir Finlandiya. İstər inkişaf baxımından, istər təhsil baxımından, istərsə də yaşam standartları cəhətdən 4/4 lük ölkədir. Bunun səbəbi nədir deyə neçəmiz düşünüb, araşdırmışıq? Yaxşı neçəmiz öz ölkəmizin də inkişafı üçün həqiqətən çalışırıq? ya da düşünürük. Ancaq Finlər bunu düşünüb, hər sahədə layiqincə çalışıb və bugünkü gündə ən yaxşı ölkələr sırasında ilk 10da yer alır. Kitaba gəlincə rus əsilli yazıçı Finlandiyanın tarixini, keçdiyi zaman döngüsünü, inkişaf dinamikasını və ən əsası "mən nə edə bilərəm tək?" deyib balacalaşdırdığınız hər fərdə dolğun cavab verib. Hətta kitab XX əsrin sonlarında Türkiyədə "Qurani-Kərim"dən sonra ən çox çap edilən ikinci kitabdır. Mustafa Kamal Atatürk kitabı oxuduqdan sonra hərb akademiyalarında dərsliklərə salınması əmrini verib. Kitab Snelmanın dilindən verilib. Ölkəsi, xalqı üçün çalışan, daima öyrənən gənc nəslin nümayəndəsidir. O həmişə xalqa səslənər, rifahın yalnız mütaliyədə, yeniliyə açıq və gənc nəsillərin zehnən qidalanmasında görürdü. Hər bir işə vicdanən və sevgi ilə yanaşılması yönündə təbliğlər aparır. Yohanın hekayəsi həqiqən düşündürücü idi. Əslində etdikləri, niyyəti və ən sonda papazla olan danışığı, birdən hönkür-hönkür ağlayışı bu əsərdə kuliminasiya nöqtəsi hesab edilə bilər. Fərqli bir kitab idi və düşündürücü. Son illərdə oxuduğum kitablardan tamamən fərqli.. bir növ özünü inkişaf kitabı sayıla bilər. Finlərin "Bataqlıqlar ölkəsini - Xoşbəxtlər ölkəsi"nə çevirməsi. Hissələrlə verilib kitab və hər hissədə müxtəlif mövzulara toxunulur; ailə, din, siyasət, iqdisadiyyat, tarixi inkişaf, təhsil, ordu quruculuğu və s. Diqqətimi çəkən mövzulardan biri də əsgərlərə bağlıdır. Əvvələr əsgərlərə bir pislik kimi yanaşırdılar həm zehnən, həm də cismən küt. Daha sonralar isə bu mövzu kökündən həll edildi hətta əsgərlərə təhsil almaq şansı belə yaradıldı. Ailələr bəzən övladlarının tərbiyə alması üçün əsgərə getməsini gözləyirdilər. Fərqli, insanla bağ quran əsərdir. Təkrar oxumaq istəyi oyadır hələ ki inkişaf etməkdə olan bir ölkə olaraq hər birimizin oxumağı vacib əsərlərdəndir. Xoş mütaliələr.
Bəyaz Zanbaqlar Ölkəsində
Bəyaz Zanbaqlar ÖlkəsindəGrigory Petrov · Kitabıstan Nəşriyyatı · 2016100.6k okunma
·
436 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.