Puan vermedi·1724 syf.····Okunma: 23 Eylül 2021 14:42 Tarixin ən uzun romanlarından biri olan Səfillər...
Viktor Hüqo "Yer kürəsində səfillik və nadanlıq var olduqca belə kitablar da yaşayacaqdır” deyərək romanın aktual qalacağını qeyd etmişdir. 20 ildən çox vaxt sərf edilib yazılan bir əsər 20 gün içində bitərək içimdə olan boşluğa boşluq əlavə etdi. Səfilləri oxumayan çox az adam tapılar ya da onun haqqında məlumatı olmayan ona görə uzun-uzadı danışmağa ehtiyacı qalmayan bir kitabdır. Roman əsl klassik, Jan Valjan isə əsl insan obrazıdır. Vicdan...
Kitabın tək sıxıcı cəhəti hadisələrin arasında 50-60 səhifəlik tarixi faktların verilməsi idi, tarix sevərlər üçün, xüsusəndə Fransa tarixi bu hissə arzuolunandır, amma mənim kimi poetiklik axtaran biri üçün yox. Düşünürəm ki, kitabın qısaldılmağa ehtiyacı var, ən azından ona görə ki, çox rəfdə olub yarım buraxılmış qalmasın.
Digər tərəfdən, fərqli hadisələrin ustalıqla bir-birinə bağlanması gələcək səhifələrə maraq oyadaraq Hüqonun dühasından xəbər verir.
Ölmədən əvvəl, mütləq oxuyun, ən azından yaşayaraq ölmədən əvvəl...