Gönderi

8/10
·73 syf.··
Beğendi
·
2021 21. kitabı
Bir qız qarlı qış günündə Dibçəkdə bir gül bitirdi. Qış fəslində gülə baxıb Ürəyinə yaz gətirdi. Bu gül, əsl qızılgüldü – Ləçəkləri varaq-varaq. Tikanı bol, rəngi qızıl, Ətri yoxdu onun ancaq. * * * Qonşuluqda bir oğlanın Qəfəsdə bülbülü vardı. Oğlan onun nəğməsilə Dərdlərini ovudardı. Nə oldusa… oxumadı, Susdu bülbül birdən-birə. Oğlan düşdü min fikirə. Qonşudakı qızılgüldən Xəbər tutdu oğlan bir gün. Bülbülünü o gətirib Qənşərinə qoydu gülün. Gül, bülbülü görən kimi, Sığallandı, tumarlandı. Gözlərinə naz-qəmzədən Sürmə çəkib xumarlandı... Oxumadı bülbül yenə Susub durdu, Lal kəsildi Bu hal gülə acıq gəldi. Gül daha da şivələndi, Susub durdu bülbül yenə Həsrət qaldı bu dar qəfəs Nəğməkarın nəğməsinə. Bu inadı görüncə gül, Rəngi soldu, Xəzan oldu Yumaq kimi tez yumuldu. Yavaş-yavaş dilə gəldi Bu dəm bülbül Dedi: — Ey gül, məni tanı, Ürəyimdə qəm karvanı, Sən gülsənsə, ətrin hanı? Demə susub nədən bülbül? Yazım dönüb sazaq olub Köksüm başı dağ-dağ olub Vətənində dustaq olub Çox desə də, «Vətən», bülbül. Dibçəkdəsən, qəfəsdəyəm. Sən əlacsız, mən xəstəyəm. İndi özgə həvəsdəyəm, -Ağlar zədən-zədən bülbül. Zaman bizdən kam alıbdır, Daha ürək qocalıbdır. Bizdən ancaq ad qalıbdır, Nə sən gülsən, nə mən bülbül.((
Küçük EmsileKolektif · Muallim Neşriyat · 201618 okunma
·
224 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.