Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

94 syf.
8/10 puan verdi
"Siz nə üçün həmişə qara geyinirsiniz? Həyatımın yasını saxlayıram. Bədbəxtəm" "Qağayı" hekayəsi pərdələr şəklində yazılıb. Bir-birindən fərqi obrazlar var və onları birləşdirən yeganə şey sənətdir və o göl kənarı, Qağayılar. Üzüldüyüm məqamlardan biri də sonda Trigorinin sifariş etdiyi qağayı heykəlini xatırlamaması idi. Bu unutqanlıq bir gənc qızın bütün həyatını, ruhunu, gəncliyini uğurunda heçə saydığı şey idi. Triqori 40larında olan yazardır. Triqori nə həyatının əsl cavabını, nə öz istəklərinin arxasında durmağı ən əsası isə sürüklənərək başqaları tərəfindən idarə edilən bir robotdur sanki. Onun yazdığı hekayələr zamanında çox ün qazanır ancaq Triqori öz həyatının qələmini əlinə almağa cəhd etmir. " Mənim ixtiyarım öz əlimdə deyil..mənim ixtiyarım heç vaxt öz əlimdə olmayıb... zəif, aciz, daim muti - doğurdanmı bu, qadının xoşuna gələ bilər? Məni götür, apar, lakin bir addım da özündən kənara buraxma.." Nina, Nina. Bu obrazı sevmədim. Özünü bir heç uğuruna qurban verməsimi, şöhrətpərəstliyimi yoxsa bir gəncin sevgisi, istəkləri ilə oyuncaq kimi oynamasınımı deyim. Bu dünyada ən haqqımız olmayan şey: birinin hər şeyi olub daha sonra heç kəsi kimi davranmaqdır, yox saymaqdır. Ninanın başına gələn heçnəyə də üzülmədim nə yalan deyim. Bir qadın kimi anlamağa çalışdım ancaq sonda Treplyova dedikləri.. bir insan belə alçaq yaşamı istəməli deyildi. Maşa, Medvedenko haqqında çox yazmaq istəmirəm yazacaq bir şey də yoxdur, həyatın qurbanlarıdır, daha doğrusu, Maşanın.. Maşa "Amma mənə elə gəlir ki, çoxdan, lap çoxdan doğulmuşam, həyatımı uzun ətək kimi arxamca sürüyürəm.. Çox vaxt heç yaşamaq istəmirəm" Medvedenko "Mən sizi sevirəm, qüssədən evdə otura bilmirəm. Lakin sizdə bir soyuqluq duyuram. Aydın məsələdir, mənim var-dövlətim yoxdur, ailəm böyükdür.. Bir adam ki, özünə çörək tapmır, ona necə ərə gedəsən?" Arkadina aktrisadır. Ancaq nə ana kimi, nə aktrisa kimi, nə sevgili kimi uğurlu biri deyil. Oğlunun ruhunda açdığı yaralar, ona dediyi sözlər, münasibəti sadəcə özü üçün belə yaşamağı bacarmayan bir obraz var qarşımızda. Hekayəyə başladığım andan Treplevi daha bir yaxın hiss etdim, sevdim. Onun qərarlığı, məqsəd qoyub irəliləməsi ən sonda etdiyi hərəkət isə.. ona qarşı edilənlərə bundan daha yaxşı bir cavab ola bilməzdi.
Qağayı
QağayıAnton Çehov · Qanun Nəşriyyatı · 202120,3bin okunma
·
1.908 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.