Gönderi

504 syf.
·
Puan vermedi
·
24 günde okudu
Çox təəssüf edirəm ki, kitab haqqında təəssüratlarım çox da müsbət olmayacaq. Əsərdə müəllifin dəst-xəttini çox da hiss edə bilmədim. Sanki bunu Xalid Hüseyni yox da, bir başqa müəllif yazmışdı. Əvvəlki iki romanı kimi güclü təsir bağışlaya bilmədi. Əslində, düşünürəm ki, kitabı bəyənməməyimin başqa bir səbəbi də özümlə bağlı idi. Bəlkə də, oxumağım üçün doğru zaman deyildi. Əsərin mövzusu ilk baxışdan diqqətimi çəkmişdi:“1952-ci ilin Əfqanıstanı. Abdulla və bacısı Pəri ataları və ögey anaları ilə Şadbağ kəndindən yaşayır. Ataları Sabur ailəsini yoxsulluqdan qurtarmaq üçün daima iş axtarışındadır. Pəri Abdullanın hər şeyidir, onun üçün hamıdan dəyərlidir. Abdulla isə bacısına qardaşdan çox valideyn qayğısı ilə yanaşır, onu hədsiz dərəcədə sevir. Bir gün ataları ilə birgə səhralıqdan keçib Kabilə səfər edən Pəri və Abdulla onları bir-birindən ayrı salacaq taledən xəbərsizdirlər...” Tamamilə fərqli, lakin bir o qədər bir-biri ilə müəyyən qədər əlaqəli bir neçə həyat, çoxlu insan taleləri və müxtəlif ailələrin təsviri... Məni düşündürən, bir o qədər də çaşdıran bunlar olmuşdur; kitabı aralıqlarla oxuduğum üçün bəzən təsvir olunanlar arasındakı əlaqəni tam şəkildə təsəvvür edə, müəyyənləşdirə bilmirdim. Fəqət kitab haqqında müsbət fikirlərimi də deməsəm, haqsızlıq etmiş olaram: Həmişəki kimi, romanın dili sadə, aydın, anlaşıqlı və nisbətən, məişət üslubuna yaxın idi ki, bu onu daha çox oxunaqlı edirdi. Bundan əlavə, obrazların bir çoxunun dilində ispan, italyan və s. dillərində olan fraza və ifadələrin işlədilməsi diqqətimi çox çəkdi, bəyəndim. Onların tərcüməsini araşdırmaq, tələffüzünü dinləmək mənim üçün çox maraqlı və xoş oldu. Ən əsas nüans isə, Əfqanıstan məsələlərinin işıqlandırılması idi. Doğrudur, digər romanlarındakı kimi burada Əfqanıstanın sırf siyasi məsələlərinə o qədər yer verilməsə də, bir çox hadisələrin orada cərəyan eləməsi buna bariz nümunədir.
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335,1bin okunma
·
701 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.