Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

206 syf.
·
Puan vermedi
Yenə də uşaq ədəbiyyatı. Səhifə sayı 144 Horatio Oljeri indiyə kimi niyə görməmişəm çox mqraqlidir. Öz dövrünə görə uşaqların küçədə yaşaması onu çox narah edirdi və kitablarını da imkanlı şəxslərin bu məsələyə diqqətini çəkmək və həll edə bimək üçün yazırmış. Əsər "nənəsiylə" yaşayan , cəsur, özgüvənli, həyata pozitiv yöndən baxmağa çalışan küçə uşağı, Tomun həyatından bəhs edir. Tommi qiz olsa da nədənsə hər kəs ona oğlan adı ilə müraciət edir. Düşdüyü palçıqlı, iyrənc küçələrdə yer silərək, qəzet sataraq "nənəciynə" pul aparır , əvəzində quru çörəklə qarın doydurmağa çalışır. Təhlükəli, bəzən də alicənab insanlarla da qarşılaşır. Ancaq, yenə də heyrət doğuran, xoş gələn sima elə Tommimin özüdür. 19-cu əsr dövrü üçün qız uşaği obrazinda bu qədər cəsarət, özgüvən, qorxmazlıq, gücündən əminlik, qətiyyətlilik təəccüb doğurmuş olmalidir mencə. Axı şəxsiyyətin fərqində varma, qadın haqları yeni-yeni canlanırdi. 7-8+ siniflər üçün yaxşı ədəbiyyatdır məncə.
Tattered Tom
Tattered TomHoratio Alger · CreateSpace Independent Publishing Platform · 20171 okunma
·
42 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.