9/10
·292 syf.··
2021 43. kitabı
Əgər siz ancaq detektiv əsər deyil də, bol-bol məlumatlarla zənginləşdirilmiş və ölkələr haqqında biliklərinizi artıracaq kitab oxumaq istəyirsizsə, mütləq Çingiz Abdullayev'in qələminə müraciət etməlisiz.. ____ Yazıçıdan oxuduğum ikinci əsər "mavi mələklər"də Belqrad,  Paris, İtaliya, Cakarta və s kimi ölkə və şəhərlərin həm təsvirinə, həm də tarixi inkişafına geniş yer verilmişdir. ____ "İnterpol" beynəlxalq gizli təşkilatdır və "mavi mələklər" adlandırılan, ancaq kimlikləri, real adları qətiyyən bilinməyən insanlardan ibarətdir. Onlara hər dəfə yeni 1 əməliyyata cəlb olunduqda yeni ləqəblər verilir, hətta, özləri belə həqiqi adlarını bir müddət sonra unudurlar.. ____ "Mavi mələklər" narkotik alveri ilə məşğul olan dəstələri aradan götürmək üçün əməliyyata başlayırlar, lakin hər zaman 1 addım geridə olurlar, bunun başlıca səbəbi təşkilatda casusun olmasıdır ki, onun kimliyini bütün kitab boyu biz də aydınlaşdıra bilmirik. Ard-arda baş verən qətllər vəziyyəti daha da gərginləşdirir.. ____ Kitabda yazıçı siyasətdən, ölkələrin, şəhərlərin tarixindən, hətta, mafiya dəstələrindən, onların yaranması və fəaliyyətindən o qədər detallı şəkildə izah vermişdir ki, bu tərz kitabları oxumağı sevənlər üçün bu kitab mükafat ola bilər Ancaq onu qeyd edim ki, kitabda xırdaçılıq çox olduğundan diqqətli oxumaq lazımdır və başdansovdu oxusaz, heç nə anlamayaraq yarımçıq saxlaya bilərsiz) Yazıçıdan oxuduğum ilk əsər haqqında düşüncələrimi sizlərlə bölüşmüşdüm, ikinci əsəri də oxuduqdan sonra düşündüm ki, Çingiz Abdullayevin kitablarını bitirdikdə həqiqətən kitab oxuduğumu hiss edə bilirəm. Bəs siz yazardan hansı əsərləri oxumusuz? Cengiz Abdullayev
Mavi MələklərCengiz Abdullayev · Qanun Nəşriyyat · 0289 okunma
··
394 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.