Gönderi

184 syf.
7/10 puan verdi
·
Read in 8 days
Təəssüf edirəm ki, bir çox insan kimi mən də bu kitaba "BİZİ ANLATIYOORRR" qışqırıqlarını eşitdikdən sonra başladım. Kitab 'okuru'sansa çox halda birdən çox kitab platformalarında olursan və istər istəməz bir çox kitablar haqqında da istər mənfi, istərsə də müsbət rəylər görürsən. Bu da kitaba ilkin obyektiv baxışının qarşısını alır. Bəlkə də bu rəylər kitab seçimi üçün çox yararlıdır, lakin son müşahidələrimə əsasən görürəm ki, oxuyacağım hansısa kitab haqqında əvvəlcədən bir söz eşitmək mənim hədəflərimin qarşısını alır. Məsələn, mən heç bir zaman bilməyəcəm ki, əgər bu kitabı oxumazdan öncə kitab haqqında rəylərlə qarşılaşmasaydım, bu kitabdan ilk və başqa hansı nəticələr çıxarardım, oxurkən fikrim öncə hansı ayrıntılara takılardı, kənardan əlavə düşüncə olmadan, kitabdan bir şey gözləmədən sırf özümün istehsal etdiyi düşüncələrlə bəlkə də bu kitab haqqındakı fikirlərim başqa olacaqdı. Bəziləri üçün əhəmiyyətsiz olsa da, bu amil artıq mənim həvəsimi öldürür. Bundan qaçmaq da demək olar ki, artıq mümkün deyil. Çünki, oxuyacağım kitabların çoxu haqqında artıq öncədən məlumat sahibiyəm, xüsusilə də klassik ədəbiyyatdan. Bu da məni çox incidir. Möhtəşəm kitablardan kəşf edilməmiş olanları da mövcud olsa belə, bu çox az bir faizi təşkil edir. Nə deyək, o kitablarla qarşılaşmağım diləyilə. İndi isə incələməyə keçim. Demək az öncə öz perspektivimdən "bizi anlatıyor" rəyinin mənə verdiyi ziyanı qeyd etdim. Bu rəyin özünə gəldikdə isə, bizimi anlatırdı? Bəli, bizi anlatırdı. Bəlkə də anlatmırdı, nəysəəhhh.. Kitab heyvanların hekayəsidir və əvvəlində onların insanların əsarətində olmaları təsvir olunub. Necə qul həyatı yaşadıqlarının filan. Burdan da bu bənzətmə ortaya çıxır ki, insanlar da eynilə qul həyatı yaşamaqdadırlar, yəni heyvanlar burda insanlar rolundadır, qəribəsi isə odur ki, insanlar da eynilə insanlar rolundadır. Çünki real həyatda insanın ağası elə insan özüdür. Hər kəs dünyanı idarə edənlər tərəfindən uyudulan, robotlaşmada olan canlılardır. Təbii ki, baş qaldıran insanlar da olur, bu da kitabda mayor donuzla ifadə olunub. Ölməmişdən qabaq bütün heyvan əhlini yığır ətrafına və başa salır ki, bu yaşam yaşam deyil, insanların qulu olmağa son qoymaq lazımdır. Gərək ki, üsyana qalxasınız. Və artıq burda ilk bənzətməmiz sona çatır, çünki heyvanlar üsyana qalxır, istəklərinə də çatırlar, lakin realdakı insanlar istəyə çatmaq qalsın bir yana, üsyana qalxmaq (məcazi anlamda) kimi bir düşüncələri yoxdur. Elə qul xoşbəxtlikləri ilə yaşamağa davam edirlər. İndi mənim bənzətməm ümumdünya idi, təbii ki bu kiçik banda, kiçik kənd, elə kiçik ölkə də ola bilər. Yenə də ən azından bu onun örnəyi idi ki, hər kəs istəsə, istədiyi əsarətdən baş qaldıraraq xilas ola bilər. Deməli, bunun ardınca heyvanların azadlığa çıxmasından sonra baş verən hadisələr təsvir olunur. Burda da çox gözəl incəliklər var: azadlığa çıxmanın xoşbəxtlikləri, azadlığa çıxandan sonra belə qul xüsusiyyətlərinin qalıntıları, bir zamanlar sahibkarlarının məsuliyyətsizcəsinə etdiyi bəslə(n)mə prosesi. Bunun üçün artıq insan yox idi, komple öz əməkləri olmalı idi. Ona görə birinci insanlara məxsus olan avadanlıqlardan istifadə edərkən və ilk dəfə azadlığın gətirdiyi çətinliklərdən zorlanırdılar, sonra yavaş yavaş hər şey öz yerinə oturmağa başlayırdı. Bildiyin şirinlər cizgi filmindəki kimi özləri üçün çalışırdılar, heç bir kənar qüvvə olmadan, hər kəs bir-birinə qulluq edib şad-firavan, mahnı oxuya-oxuya yaşayırdılar. Bəli, hər şey onlar üçün çətin idi, lakin azad idilər... Hətta qanunlar filan da çıxarmışdılar, yeni alətlər yaradırdılar, dillər yaradırdılar, oxuma, yazma öyrənirdilər. Hətta himnləri belə var idi. İdarəçilikdən də bəhs olunur, qanunların qəbul olunması, konfliktlər, başəymələr, yığıncaqlar, məclislər. Bildiyiniz insanın təkamül zamanı keçdiyi mərhələləri bir-bir keçirdilər. Bütün heyvanlar bərabərdir deyə bir qanun vardı hətta, çox safca hökmlər yaradıb eləcə də əzbərləyirdilər. İdarəçilik sisteminin yaranması ilə də artıq həqiqətən bir müstəqil respublikadan fərqlənmirdilər. Yerində qoyulmuş bir addır. Amma təbii ki, hər gözəl şeyin bir sonu vardır. İnsanlar yenidən fermanı ələ keçirmək istəyirdilər, buna görə müharibə belə getdi aralarında, taktikalar, qalibiyyətdən sonra ordenlə təltif olunmalar filan.. əsl müharibə kimi təsvir olunmuşdu. Bu əngəldən aşmış olsalar da qarşıdan başqa problemlər gəlirdi. İlk öncə fikir ayrılıqları başladı. Beləliklə iki hakimiyyətlilik yaratdı. Birliklər yarandı, beləcə liderlərdən birini xaincəsinə fermadan qovdular, idarəetmə bir heyvanın üzərinə düşdü ki, zatən arzusu da bu idi. Zaman keçdikcə, demək olar ki, hər kəs onu müqəddəs biri kimi qəbul etməyə başlayırdı. Napoleon'un dediyi qanundur deyirdilər. Bunlar hamısı mənə tarix dərsliklərində qeyd olunmuş istər dövlətlər arası, istər dövlət daxili baş verən münaqişələri, xəyanətləri, mənfur planları, liderlik uğrunda gözə alınan amansızlıqları xatırladırdı. Lakin xəbərləri belə olmadan, yaratdıqları dünyanın əsas şərtini pozurdular, bütün heyvanlar bərabərdir hökmünü. Təəssüf ki, baş vermiş təbəqələşmə onların dünyasını insanların dünyasından heç nə ilə fərqləndirmirdi artıq, bütün saflıq məhv olmuşdu. İnsanların xüsusiyyətlərini, istəklərini mənimsəməyə başlayandan hər şey korlanırdı. Pul, içki, rahatlıq... Siyasətə qarışmaqları bütün saflığı bir dəfəlik korladı. Edamlar.. Yavv edam nədi, edam e. Qan qan yerinə axırdı, təsəvvür edirsiz, saf, məzlum, illərlə əsarətdə yaşamış heyvanlar arasında qan! -izm hissəciyi ilə bitən bilməm hansı siyasi terminli bərbad bir dövlət quruluşu halı almışdılar. Getdikcə, hakimiyyətdə olmayan aşağı təbəqələri də uyutmağa başladılar. Nəticə olaraq da, hər şey başa dönmüşdü. Nə fərqi var qanı insan tökür, ya heyvan. Heyvanların insanların ya elə özlərinin əsarətində qalıb qul'a çevrilməsinin nəsə bir fərqi varmı? Bunun da insanlar üzərində olan bənzəmətməsini vurğulamağa belə ehtiyac yoxdu məncə. İllər keçirdi, "azad" idilər, hə noolsun? Bütün mahiyyət pozulduqdan sonra bunun cüzi də olsa bir əhəmiyyəti qalmamışdı. Bu yazını da elə, kitabın sonu ilə eyniləşdiərək bitirmək istəyirəm. "Bayırdakı varlıqlar gah içəridəki donuza, gah insana və əksinə, gah insana, gah donuza baxırdılar; amma artıq heç cür ayırd etmək olmurdu kim-kimdir!"
Heyvan Respublikası
Heyvan RespublikasıGeorge Orwell · Parlaq İmzalar Neşriyyat · 0248.1k okunma
·
253 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.