Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

432 syf.
8/10 puan verdi
·
1 saatte okudu
🌸İnsan gizlətdiyi sirr ilə belə yaşayır. Adam özünü elə aparır, guya hər şey əladır. Mədəsindəki dərin və küt ağrıya fikir vermir. Adam bir yolunu tapıb özünü keyləşdirir və heç nəyin pis olduğunu hiss etməsən də, heç yaxşı olduğunu da anlamırsan.🌸 Salam dostlar. Sizlərə olduqca qarışıq yazılmış bir kitabdan danışacam. Həyatda hər şey insan övladı üçündür. Ailə, övlad acısı, cinayət, xəyanət kimi mövzuların işləndiyi kitabın bir hissəsindən sonra insan vicdanıyla ağlı arasında mübarizə aparır. Kitab mükəmməl görünən həyatların bir məktubla məhv olmasından bəhs edir. Üç övladın sevimli atası Con-Polun öz vicdanı ilə mübarizəsi xanımı Sesiliyaya məktub yazması ilə nəticələnir. Və bu məktub açılanda heç nə əvvəlki kimi olmur. Digər tərəfdə isə həyat yoldaşının xəyanəti ilə sarsılan və həmin ərəfədə qarşısına çıxan keçmiş sevgilisi ilə macəraya atılan bir qadının həyatını oxuyuruq. Bir ana düşünün... 17 yaşlı övladı öldürülmüş.Qatili tapılmayan. Üstəlik əldə etdiyi səhv məlumatla Konnoru qızının qatili elan edir və onunla qarşılaşır. Sesiliya da bir anadır.Və ərinin canına qıydığı qızın anası ilə hər gün üz-üzə gəlir. Tam da vicdanının səsini eşidib polisə təslim olacağı vaxtda qatil Con-Pol həyatının ən ağır vicdan snağından keçir. Bir ananın övlad acısı, digər bir ananın vicdanı və digər bir qadının evlilik və dostluq xəyanət ilə sınandığı kitabdan hər kəsin özünə çıxaracağı bir həyat dərsi olduğunu düşünürəm. 🍀Nifrət dalğaları çəkildikcə onun yerini yenə sevgi tutacaqdı. Sesiliya bilirdi ki, etdiyi hərəkətə görə Con-Pola nə qədər nifrət etsə də, onu həmişə sevəcəkdi. Bu hiss onun ürəyində dərin yara kimi idi və heç vaxt sağalmayacaqdı.
The Husband’s Secret
The Husband’s SecretLiane Moriarty · Penguin Books Ltd · 20012 okunma
·
196 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.