Gönderi

Səni düşünürəm ki, yağış yağsın Səni düşünürəm ki, hava açsın, Günəş doğsun. Səni düşünürəm, Səni... Unuduram ki, Səni düşünmək günəşdir elə, Küləkdir Səni düşünmək, Yağışdır; Səni düşünmək, əzizim, hər tində rastıma çıxan ən qəribə tanışdır. Səni düşünmək... ...qaçışdır. Səni düşünürəm ki, küsülülər barışsın. Silahlar sussun deyə düşünürəm Səni Və susur silahlar, və bağışlanır günahlar; Tövbəmidir, yoxsa Səni düşünmək - əfvdir, rəhmətdir? Səni düşünmək... oğrun-oğrun, gizli-gizli... Səni düşünmək, əzizim, çox böyük cəsarətdir. Yollar bitməsin deyə düşünürəm Səni Gedənlər getməsin deyə düşünürəm Səni. Manaf dayı ölməsin deyə, Səmiş bilməsin deyə atasının, əslində, öldüyünü; Nəcibə xala sağalsın deyə Düşünürəm Səni! Səni düşünmək şəfadır! Əhdə vəfadır Səni düşünmək, haraydır-sədadır Səni düşünmək, əzizim, qəbul olmuş duadır! Budur, Səni düşündüm indicə yenə Və dünya mürgülədi çiçəklər əsnədi körpələr uyudu... Budur, Səni düşündüm indicə yenə və... fikrim dağıldı; Səni düşünmək, sən demə, əzizim, ən şirin, ən qəşəng nağıldır.
İlqar Kamil
İlqar Kamil
·
51 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.