Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

224 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Aqata Kristi ingilis detektiv janrında istedadı sınaqdan keçirmiş heyrətamiz bir yazıçıdır. Onun bir neçə romanını oxuduqdan sonra təsdiq edə bilərəm ki, hər bir oxucu öz zövqünə uyğun hekayə tapacaq. Deyərdim yazıçı mahir aşpaz kimi hər zövqə uyğun müxtəlif yeməklər hazırlayır. Aqata Kristinin bir sıra kitablarını, o cümlədən “Qəmgin sərv”i oxuduqdan sonra gördüm ki, süjetlər qismən təkrarlanmağa başlayıb, amma yenə də kitablardakı necə deyərlər “sous”un bəzi çalarları fərqlidir. Ona görə də düşünürəm ki, yazıçının hekayələri oxşar ola bilər, amma eyni deyil. Mənə elə gəlir ki, bu Aqata Kristinin ən gözəl detektivlərdən biridir. Hisslərin, duyğuların, personajların xarakterlərinin qısa, lakin çox dəqiq təsviri; sərtlik, səbrli hərəkətləri, heyrətamiz ab-havası, sevgi və qısqanclıq - hər şey romanda Aqata Kristinin həyat təcrübəsi və münasibəti ilə orijinal təsvir edilmişdir. Başlanğıcda - artıq qətldə ittiham olunan bir şəxsin olduğu məhkəmə iclası ilə başlayır. Və Herkül Puaro bu kitabın baş qəhrəmanı deyil. Hadisələrin mərkəzində qalan personajların münasibətləri dayanır. Puaro sadəcə onların hərəkətlərini və münasibətlərini izləyir və detektiv miras məsələsində hamının necə xəsisliyə məruz qaldığını göstərir. Ən pisi isə odur ki, Eleanor Karlayl Meriyə həqiqətən nifrət edirdi. Qulluqçular, həkimlər, tibb bacıları - bunu hamı görüb başa düşüb. Bəs reallıqda bu necə idi - öldürmək istəyi qətlin özü ilə nəticələndimi? Və onların hər biri daha sonra yalan danışaraq istintaqı getdikcə qarışdırır. Lakin Puaro səbrlə, yavaş-yavaş bu hekayənin üstünü açır. "Qəmgin Sərv" gözəl kitabdır. Süjet nöqteyi-nəzərindən düşünülüb və personajlar aydın şəkildə ifadə olunub.
Qəmgin Sərv
Qəmgin SərvAgatha Christie · Qanun Nəşriyyatı · 2017678 okunma
·
541 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.