Şəkiyə gedirsən, ərməğan apar,
Ağrı dumanını, Göyçə suyunu.
Gəncəyə gedirsən, yadigar götür,
Vedi mərdliyini, Göyçə toyunu.
Qarabağ qardaşdı Çuxursəd ilə
Borul qoşa dursun Ağrı cəddiylə,
Dostluğu düşmənə hər vaxt sədd elə,
Allah da qoruyar sənin soyunu.
Gördüm bu dünyanın çoxu, azını,
Şəmkirə aparsan Göyçə sazını,
Borçalı çəkəcək sənin nazını,
Ellər ucaldacaq məğrur boyunu.