1000Kitap Logosu
Neyləyim
youtu.be/ssKlXRaLZJ4 Ala gözlüm, səndən ayrı gecələr, Bir il kimi uzun olur, neyləyim? Bağçamızda qızıl güllər hər səhər Tezdən açır, vaxtsız solur, neyləyim? Nərgizlərin gözü yaşla dolanda, Bənövşələr baxıb qəmgin olanda, Qərənfilin gözü yolda qalanda, Yasəmən saçın yolur, neyləyim? Əsən rüzgarın da yoxdur vəfası Düşmüşdür başına özgə sevdası. Lalənin cırılıb qəmdən yaxası Saçları pərişan olur, neyləyim? Bəlkə tez gələsən, əlac verəsən, Sünbülün saçını yığıb hörəsən- Əlvan çiçəkləri özün dərəsən, Gözləri yollarda qalır, neyləyim? Çəkir çiçəklərin gözü intizar, Ayrılıqdan betər dünyada nə var? Yaz axşamı səni bil ki, bu Nigar Həzin-həzin yada salır, neyləyim? Nigâr Refibeyli
14
Beğeni
Yorum yapabilmek için giriş yapmanız gerekmektedir.