Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

142 syf.
9/10 puan verdi
·
Beğendi
Sokak çocukları/küçədə qalan uşaqlar
Ceyms Qrinvud-Balaca evsiz 225 səhifə. Uşaq ədəbiyyatı Çox uşaq kitablarinda, xüsusən 19-cu əsr və 1900-lərin başlanğicinda əsas obrazlar əsasən oğlan uşağı olur. Bu yəqin ki, qadın hüquqlarinin hələ tam olaraq o dövrdə inkişaf etmədiyindən qaynaqlanır. Ancaq maraqlisi da odur ki, o dövrün əsərlərində uşaqlara da bir uşaq kimi yox, daha çox yetkin insan kimi , ağır iş görə biləcək qabiliyyətdə olan yetişkin kimi yanaşılır. Zamanla elm inkişaf etdikcə, uşaqların müəyyən yaş dövrlərinə əsasən yetkinlərlə eyni qabiliyyətləri dašimadigi da isbat olundu. Bəzən deyilir ki, uşağa şəxsiyyət kimi yanaşilmalidir, ancaq hansı mənada şəxsiyyət kimi ? Biz bunu unuduruq. Bizim davranışımız şüurumuzda sanki 18-ci yuzilliyə qədər olan dövrlərin qul davranişinda qalmış kimi görünür. Kitabda eynən balaca Cimmi ilə o rəftarı görürük. Cimmi 7 yaşina gəldiyində artiq pul qazanmali olduğunu düşünən ata və analıq onun çiyinlərinə ağır yük qoyur. Analıq ucbatindan atası tərəfindən kəmərlə dəfələrlə ölümcül döyülür. Cimmi anasıni 5 yaşindaykən bacisi dunyaya gələndə itirir və Cimminin atasinin anasini döyməkdən cəhənnəm olan həyatı daha da faciəvi olur analığın gəlməsiylə. Və sonda Cimmi döyülməkdən bezdiyi üçün evdən qaçır və bununla onun küçə həyatı başlayır. Yaşina uyğun olmayan içkilərlə , qəddar insanlarla tanış olur. Kitab bir az da Hektor Malonun "Ailəsiz" əsərini anımsadirdi. Əsərdə ən sevdiyim hissə küçə uşaqlarinin qazandiqlari pulun bir hissəsini teatra xərcləmələri idi. Inkişaf etmiş dövlətlərin Indiki inkişafinın , mədəniyyətinin təməlinin işartilari idi məncə o. Təsəvvür edirsiz, uşaqlar qəpik-quruşu toplayib teatra sərf edir və teatrdakilar buna mane olmur. Çox gözəl səhnələr idi. Məncə bunu boyüklər də, uşaqlar da oxumalidir. Erkən yaşda yalniz qalan uşaqlarin hansi real təhlükələrlə qarşilaşa biləcəyini yaxşî təsvir ediblər.
The True History of a Little Raggamuffin
The True History of a Little RaggamuffinJames Greenwood · 20161 okunma
·
50 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.