Gönderi

Çünki onlar istəmirdilər ki, gənclər bəzi şeyləri açıqca müzakirə edə bilsinlər, danışa bilsinlər. Amma elə buna görə insanlar bu şeylərin üstünə qara pərdə salmaq istədikcə ölkədə əxlaqsızlıqlar artır, təcavüzlər, erkən nikahlar çoxalırdı. Çünki bilgisizlik var idi, ölkədə bilgisizlik var idi. Cahil insanlar bilgisizliyin və cəhalətin bataqlığında boğulur, əxlaqsızlığa sürüklənirdilər. Bir şeyə qadağa qoymaq yox, onun açıqca nə olduğunu izah etmək lazımdır. Ancaq ki, qadağa qoymaq daha rahat olduğu üçün bu imtiyaz əllərində olan insanlar qarşısındakıların daha bilgisiz qalmalarını və onların sözlərinə əməl etmələrini istədikləri üçün onlara heç nəyi izah etmir, sadəcə qadağalar qoyurdular.. Əslində artıq yeniyetməliyə girən gənclər bəzi şeyləri bilməlidirlər. Bu haqda onlara valideynləri bəzi məlumatları verməlidirlər. Çünki onlar zatən öz bədənlərində hormonların təsiri ilə bunları hiss edəcəklər, amma doğrusu öyrədilməzsə bunları yalnış anlayacaq və yalnış şeylər edəcəklər. Bilgisiz olsalar bu pis nəticələrə səbəb olacaq. Elə buna görə məktəblərdə insan biologiyasında sırf buna aid dərs var idi. Biz 9-cu sinifdə keçirdik bu dərsi, amma müəllimlərimiz heç vaxt o dərsi bizə izah etmirdilər. Bütün siniflərdə o dərsi ötürərək sonrakına keçirdilər, elə buna görə də o dərsin ayıb olduğunu uşaqlar anlayır və kitabın o səhifəsini açıb birbirinə nələrsə deyib gülürdülər. Başlı-başına, yanlış anlayırdılar. Problem elə burada başlayır, insanların cinsiyyətləri və onların xüsusiyyətlərini anlamamalarından. Oğlanlar və qızlar bədənlərində olan bəzi prosesləri açığa vurmaqdan, kiminsə bilməsindən utanır, gecə yerinə boşalan yeniyetmə oğlan nə edəcəyini bilmir, bunu evdən kiminsə bilməsindən çox utanır, bunun əxlaqsızlıq olduğunu, belə şeylərin sadəcə özünün başına gəldiyini düşünür, ilk vaxtlar özünü qınayır və s. Sonra məhəllənin avara uşaqlarından eşidir bu barədə və onlardan aldığı yalnış yönləndirməylə bunun əxlaqsızlıq olduğunu öyrənir. Amma əxlaqsızlığın pis bir sey olduğunu düşünmür artıq, çünki onlar da bununkimidirlər və deməli bu da onlardan biridir. Əgər öyrənmiş olsaydı bu şeylərin elmi cəhətini, mənasını və səbəbini normal qarşılayacaq, olan heç nədən utanmadan, heç nədən çəkinmədən, normal şəkildə yaşamını davam etdirəcək olan gənc, belə bilgisizlik və yanlış yönləndirmələrlə artıq yeniyetməlik dövrlərini porno saytları qarşısında masturbasiya edərək keçirir və sonra başqa problemlər. Və bir qızda da aybaşılar və s. başlayanda oğlandakından fərqli, başqa problemlər olur. Bu haqda elmi biliyə sahib olmayan və belə şeylərin ayıb olduğu öyrədilən qız da utanaraq keçirir bu zamanlarını. Əgər cinsi istəyi çox olub özünü saxlaya bilməyərək masturbasiya edərsə vicdan əzabı çəkir. Beyninə gic gic suallar gəlir, əxlaqsızlıq elədiyini düşünür. Əgər televiziyada sevişmə səhnəsi görəndə bəzi şeylər hiss edirsə, masturbasiya etmək ehtiyacı duyursa ya da bəzən güclənən cinsi arzunu boğa bilməyib gizlicə “youtube”-də sevişmə səhnələri izləyirsə bunun pis bir şey olduğunu düşünür, utanır və.s. Amma əslində bədənlərində baş verən proseslər haqqında heç bir anlayışları olmur. Bu ölkədə lap Bakı şəhərinin ortasında da bəzi qadınlar ped almağa utanırlar. Niyə? çünki cəhalət var, o qədər bilgisizlik var ki, bir qadının əlində ped görən kişidə cinsi istək oyana bilir. Çünki mentalitet deyilən şey bəzi cəhətlərdən insanları çox sıxır və bir də bəzi yerlərdən partlaqlar verir. Bu mentalitet insanları sıxan ölkələr buna görə təcavüzlərdə, qadına şiddətdə, erkən nikahlarda, istənməyən uşaqların abort edilməsi zamanı qadın ölümlərində ilk sıralardadır. Çünki insanları bu mövzularda bilgiləndirmirlər və bu mövzuları toxunulmaz edirlər amma ki mentalitetdən azad olsa insanlar, valideynlər uşaqlarına cinsi təhsillərini versələr, uşaqlar məktəbdə bu dərsi keçsələr, uşaqlar bunun insanların varlığını davam etdirmək üçün olan bir xüsusiyyət olduğunu və sadəcə insanlarda deyil, digər bütün ikicinsli canlılarda bu hormonların təsirindən bu istəyin olduğunu çünki canlılarda əgər bu istək olmasaydı onlar çoxlamaq istəməyəcəklərini və ya bunun üsulunu bilməyəcəklərini, elə buna görə bu canlılarda bu istəyin olduğunu öyrənsələr bu problemlərin heç biri olmazdı, bu məsələ də digər səliqəli elmi və mədəni məsələlərin sırasında olardı. Bu və bənzəri bilgiləri yeniyetməliyə ilk girən zamanlardan bilsə uşaqlar artıq bəzi oğlanlar seksi həyatın mənası hesab edərək günlərini porno saytlarında və.s əxlaqsız əməllərlə keçirməzdilər. Və əgər gənclər bu mövzularda danışmağı və dinləməyi ayıb hesab etməsəydilər insan həyatının ayrılmaz bir parçası olan cinsəllik haqqında daha məlumatlı olardılar.
Bilginin Hekayəsİ 
Bilginin Hekayəsİ 
Mehrac Abdurahmanlı
Mehrac Abdurahmanlı
··
189 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.