Tanrı iki halda gülür. O, həkimin anaya dediyi bu sözləri eşidəndə gülür: “Narahat olmayın, sizin oğlunuzu sağaldacağam”. Allah öz-özünə deyir: “ mən uşağı özümə götürmək fikrindəyəm, bu isə düşünür ki, onu xilas edə bilər”. Bir də O, iki qardaşın “ Bu hissə mənimdir, o biri isə sənin” deyərək torpağı böldüyünü görəndə gülür. Bu vaxt O, öz-özünə deyir: “Kainat mənə məxsusdur, bu ikisi isə onun hansısa hissəsinə öz haqlarını bildirir!”