Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

384 syf.
7/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Kitab oxuyanların əksəriyyəti Wattpad kitablarını bəyənmir. Beyza Alkoç Wattpad kitabları yazır. Əsas məşhur kitabı Karantina serisidi. Hər Wattpad kitabı pis olmur. Əslində Karantina serisini oxuya bilərdim, ancaq haqqında pis rəylər çox olduğu üçün oxumadım. Yazıçının heç bir kitabını oxumaq istəmirdim. Çünki mən də Wattpad kitablarını bəyənmirdim. Ancaq Kar Küresi fikrimi dəyişdirdi. Bu kitabı bir dostumla birlikdə başladım. Kar Küresi kitabı seri halındadır. 2 kitabdan ibarətdir. Birinci kitab Kar Küresi, ikinci kitab Kar Tanesi. Kar Küresi 24 bölümdən ibarətdi. Kar Tanesi isə 20 bölümdən. Kitab çox axıcıdı və mövzusu maraqlıdı. Kitabın baş rolunun adı Eylüldü. Eylülün anksiyete, panik atak, majör depresyon problemləri var. Bu xəstəliklərinə görə cəmiyyətə qarışmır, insanlarla əlaqə qura bilmir. İstəsə belə edəmir. Həkimlərin yanına da gedir, ancaq heç bir faydası olmur. Anası “Kar Küresi” adında psixoloji mərkəzə qızını aparır. İlk vaxtlar Eylül istəmir orda qalmağı. Ancaq anasına görə razılaşır. Psixoloji mərkəzdə özü kimi olan 50 nəfər olur və onları 5 qrupa bölürlər. Eylülün olduğu qrupda onla yanaşı Merih, Asya, Can, Mehmet, Kerim, Masal, Korhan, Reva və Murathan olur. Bu kitabda Eylüllə yanaşı digər baş obraz Merihdi. Merihin isə takıntı kimi xəstəliyi olur. Məsələn, əlcəksiz heç bir yerə toxunamır, düşünür ki, çirklənəcək, evdən çıxanda işıqları neçə dəfə yandırır, söndürür, qapını bağlayanda əmin olmaq üçün neçə dəfə qapını açarla bağlayır, açır. Ancaq Eylül onların arasında özünü rahat hiss edir. Mərkəzdə onlar üçün terapi saatları qurulur, dərmanlar verilir. Ancaq kitabda elə şey baş verir ki, hər şey dəyişilir. Kar Küresi kitabında Eylülün psixoloji mərkəzinə getməsi, orda Merihlə və digərləri ilə tanışması və mərkəzdə baş verəcək hadisələrdən danışılır. Ancaq Kar Tanesi kitabında Eylülün psixoloji mərkəzdən sonrakı həyatından danışılır. Bu kitabda bəyənmədiyim xüsusiyyətlər oldu. 1. Murathan və Masal digər obrazlar kimi əsasdı. Çünki hadisələr bu qrupun iştirakı ilə gedir. Ancaq bir neçə bölümdən sonra Murathan və Masal haqqında məlumat verilmir. 2. Danışıq tərzlərini bəyənmədim. Yəni kitabın orta və son hissələrində elə sözlər işlədilirdi ki, normal günlük danışığımızda işlətməyəcəyimiz sözlərdi. 3. Kitabın bəzi hissələri mənə qəribə gəldi. Məsələn, “Dostlarımı bulduğum, aşık olduğum, acı çektiğim, iyileştiğim ya da daha çok hastalandığım, hastalığıma aşık olduğum bir yuvaya...” Bir insan niyə xəstəliyini sevsin ki? Kitabda bu xüsusiyyətlər olmasaydı, daha yaxşı olardı. Əgər kitab oxuya bilmirsinizsə, həvəsiniz yoxdursa, bu kitabı oxuya bilərsiniz, çünki mövzusu maraqlıdı və axıcıdı. Əksinə, siyahınızda gözəl kitablar varsa, bu kitabı oxumayın.
Kar Küresi
Kar KüresiBeyza Alkoç · İndigo Kitap · 20209,1bin okunma
·
1.800 görüntüleme
Aceso okurunun profil resmi
https://1000kitap.com/ovodsever yazdım. 🤣
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.