Gönderi

80 syf.
10/10 puan verdi
·
4 saatte okudu
Sözə haradan başlasam, harada bitirsəm..? Bilmirəm. Çünki yaşananlar sözün başladığı bir zaman deyildi. Adətən, başlanğıclar gözəl olur. Amma bunlar, sadəcə, sözün bitdiyi yer ola bilərdi. Acı, kədər, üzüntü... Xocalı hadisələri - faciəsi. Oxuduqlarım ilk idimi? Xeyr. O günlərdə, o yerlərdə nələr yaşandığını çox eşitmişəm, çox oxumuşam. Bəlkə də bu kitabın yazdıqlarından daha artığını oxumuş olaram. Kədərlənməmək mümkün deyil. Elnurə. Bəxt üzünə gülməyən, həyatdan, həyatındakılardan ancaq və ancaq zərbə görən, ömrünü "erməni" oğluna sərf etmək istəyən bir qadın. Yalnız zərbəmi görürdü ətrafdan? Xeyr, var idi onu sevənlər, qoruyanlar. Amma barmaqla sayılacaq qədər. Qan bağı olmadığı, onu Elnurə olduğu üçün sevən və qəbullanan insanlar. Və əlbəttə ki, əllərinə düşən ilk fürsətdə o qadını qınaq yağışına tutan cəmiyyət, toplum. Çox təssüf ki, cəmiyyət susmaz. Cəmiyyət anlamaz. Ya da anlamaq istəməz. Kimiləri üçünsə, qüruru, çevrəsinin ona rəftarı öz doğmasından daha önəmlidir. Elnurə son məktubunda yazdığı o son sətirlərdə çox haqlıdır, ona haqsızlıq edən hər kəsə ünvanladığı hər kəliməsində: "Bəs siz öz çirklənmiş vicdanınızı nəyləsə yuya biləcəksinizmi?" Çirklənib bir dəfə, çətin olar təmizləmək. Axı sonra birdən "camaat nəsə deyər". Amma təmizlənsə, belə o vicdan. Artıq çox gecdir. Yaşadığı 2 il ərzində ruhən ölmüş o qadın, cismən də ayrıldı bu dünyadan. Nəyisə dəyişəcəkmi bu? Bir günmü? Beş günmü? Bir az peşmanlıq, bir az kədər, üzüntü bəlkə də. Amma xislətləri dəyişməyəcək bəzi insanların. Eyni hallar yenə yaşanmış olsa, (ki, eyni faciəni bir daha heç kim yaşamaz İnşallah) o insanlar yenə də eyni münasibəti bəsləyəcək. Bəlkə düşüncəsi dəyişəcək, amma qınaqdan çəkinib edəcək yenə eyni rəftarı. İnsanlar dəyişərmi? Bilmirəm. Cəmiyyətin qınağı bitərmi? Bunu da bilmirəm. Amma bir şeyi çox yaxşı bilirəm, Elnurə kimi çətin günlər, çətin həyat yaşayan insanlara zərbələr vuracaq, alçaldacaq insanlar istər-istəməz çıxacaq qarşılarına. Çünki bitmirlər. Bitmək bilmirlər. Olsun. Onların xisləti varsa, bizim də insanlığımız, vicdanımız var. İnsanlığın əldə çıraqla axtarıldığı bir zamanda insan olmağı bacararıq biz də. Təki Elnurələr yaşamasın eyni taleləri... Əsəri çox sevdim və qəlbimə dərin bir iz qoyan kitablardan oldu :'')
Mənim Erməni Oğlum
Mənim Erməni OğlumAkşin Xəyal ·  Baki Kitab Klubu · 0104 okunma
·
371 görüntüleme
Aria okurunun profil resmi
Ooo.. Möhtəşəm kitab imiş. Şərhində, çox gözəldir🦋💜
Samirə Abbasova okurunun profil resmi
Çox təşəkkürlər✨
nazli huseynzade okurunun profil resmi
Heç eşitmədiyim bir kitabdı, maraqlı gəldi, inşallah oxuyacam
Kitabsever okurunun profil resmi
İncələmənizi kitabı oxuduqdan sonra oxuyaram inşəAllah. Əslində üçdə bir hissəsini oxudum. Və spoiler yedim. Bir kitabın tək bir məqamı belə mənim üçün spoiler sayılır və mən o kitabı əsla oxuya bilmirəm. Məsələn; son məktubu demisiniz. Bu belə spoiler sayılır. Və ya yaşadığı 2 il ərzində... Əsla yazdıqlarımı yanlış anlamayın amma, gələcək incələməliriniz üçün nəzərdə tutarsınız bəlkə deyə deyirəm. Başlığa spoiler var yazısı yazsanız, oxuyanlar bunu nəzırı alar.😇🌼
Samirə Abbasova okurunun profil resmi
Başqa oxuyanlar spoiler saymadı bu məqamları. Əgər sizə görə hal belədirsə, əlbəttə hörmətlə yanaşıram :)
4 sonraki yanıtı göster
Aygün Hüseynova okurunun profil resmi
Şərhin elə qəşəng alınıb ki, oxumadan təsir etdi kitab mənə. ✨
Samirə Abbasova okurunun profil resmi
İnan ki, oxuduqdan sonra da eyni hissləri yaşayacaqsan🥲💙
4 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.