Bu kitabda mənim gördüyüm şey məqsədsiz insanın həyatının mənasızlığı oldu. Martin əvvəl Rutha çatmaq üçün çabalayır, lakin Ruthun da əsl məqsədi olmadığını görür. Martin əvvəldən bəri məqsədsiz yaşayırdı. Lakin fərqində deyildi. Və intihar eləyərək də yaxşı qərar vermədi. Ən doğru yol yaşamaq idi. Çünki yaşamaq intihar seçimin olduğunu bilərək yaşamağı seçməkdir. Beləliklə Martin heç sonrasını bilmədiyi(və artıq seçimi də qalmır, tək mütləq yola sürüklənir) bir yerə doğru yol aldı. Rutha gəldikdə, martini oyuncağı olaraq görürdü sadəcə. Heç sevmirdi. Oyuncağını başqa uşağın oynatdığını görən uşaq kimi ağlayırdı. Ruthun özü elə uşaq idi. Hətta bir neçə dəfə vurğulamışdı. Tək normal insan Lizzie idi. Və yaxşı ki Martin Lizzieni seçərək qızın həyatını korlamadı. Yəqin kitabdakı tək doğru seçimi bu idi.