Gönderi

184 syf.
·
Puan vermedi
Sevgi adı altında insanlara öyrədilən yalanlar.
Salam. Deməli, 4-5 il öncə biraz duyğusal kitablarla tanış olmaq qərarına gəlib, qrup yoldaşımın da tərifi ilə bu kitabı aldım, almaz olaydım. Kitabın axıcı, aydın dil ilə yazılmasına sözüm yoxdu, duyğusal kitabdır, sizi ağlada bilər. Bunlara deyəcək sözüm yoxdu, ama "Eşq" adı altında da bu kitabla insanları aldatmazlar ama. Kitabda qəhrəmanımız Rüzgar Yağmur adlı bir qıza sevdalı, ama sevda nə sevda. Qız buna xəyanət edir, sevgisini anlamır, ama nə vaxt qız tək qaldı, depresiyaya düşdü, sevgililəri aldatdı qaçır oğlanın yanına. Oğlan da "səni sevirəm" deyib hər şeyinə göz yumur. Neçə dəfə qız tərəfindən tərk edilir, hətta qızın ucbatından oğlan evindən uzağa gedir, o sırada anasını itirir və bu qızın umrunda belə olmur, çünki başı bu dəfə hansı oğlanla sevgili olum dərdində olur. Ama ən sonda qızın atası intihar edir, müflis olurlar və sırf iflasa uğradıkları üçün yeni sevgilisi qızı tərk edir. Yağmur xanım da baxır ki, həm kasıb, həm təkdi, yenə qaça qaça gedir Rüzgarın yanına və beyefendi də onu qəbul edir və mutlu son. Görəsən, yazar bunu hansı məntiqlə yazıb? Nə qədər xəyanət edirsiniz edin, yenə sizi sevən qəbul edəcək demək istəyib? Ya sevirsinizsə hər şeyə göz yumub deyib? Ama niyə? Nə üçün? Zatən indiki nəsil o abu-havadadır, nə qürur, nə ağıl, nə hörmət, nə də məntiq qalmayıb heç kimdə. Tamam, Rüzgar aşiqdir, sonuna qədər ona sahib çıxır, eyvallah. Ama yəni bu qədər də oyuncaq yerinə qoyulmaz axı adam, bu qədər qürursuz olunmaz ki, bu qədər də deyib ardını sayardım ama düşüncəsi belə yorur insanı. Heç olmasa qızla qovuşmalarında əngəl olardı, ama qızımız da ona aşiq olardı, sonuna qədər mübarizə aparardılar, bax o zaman deyərdim hə əsl kişilikdi bu. Və bu kitabı "aaa eşq kitabıdır, gedib alıb hədiyə edim" deyənlər bu səhvi etməyin. Nəysə, yazarkən belə insana fənalıq gəlir, oxumayın bu kitabı. Ya da yaxşı mənada dərs çıxarmaq istəsəniz oxuyun. Məsləhət sizindir. :)
Bana İkimizi Anlat
Bana İkimizi AnlatAhmet Batman · Destek Yayınları · 20149,9bin okunma
·
543 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.