Puan vermedi·244 syf.····Okunma: 02 Ocak 2022 12:06 Mett Heyqin “Sağ qalmaq üçün səbəblər” kitabı 2021-ci ildə Azərbaycanda intihar statistikasının kəskin artması səbəbi ilə Teas Press və Libraff’ın əməkdaşlığı sayəsində oxuyuculara pulsuz verilmişdi. Libraff’a yaxınlaşıb kitabın adını demişdim və pul vermədən kitabı almışdım. Kitabı alma məqsədim o idi ki, hər bir kitabsevər kimi evimdə kitablarımın sayı çoxalsın. O zamanlar bu kitabı oxumağı düşünməmişdim, nə vaxtsa oxuyacağımı düşünmürdüm, çünki o qədər depressiv bir insan olmadığımı bilirdim və ya düşünürdüm:)
Son aylarda çox ağır depressiya keçirirdim, psixoloqlarla əlaqə saxlayırdım, amma ya psixoloqun düşüncəsini bəyənmirdim, ya da düşüncəsini bəyəndiyim psixoloqlar 1 saat üçün 150+ ödəniş istəyirdilər. Düşünürəm ki, 1 seansa 150-200 azn versəydim, depressiyam daha da artacaqdı
2 gün əvvəl, təsadüfən, rəfdə bu kitabla qarşılaşdım. Düzü, kitabı oxuyarkən gözləntim, sadəcə, tək olmadığımı bilmək idi, amma gözləntimin üstündə nəticəsi oldu. “Kitabda heç ağlıma gəlməyən müalicə üsulları var” desəm, yalan danışmış olaram. Hər kəsin bildiyi şeylər idi, lakin, yazıçının səmimiyyəti ilə qarışmış cümlələr söz yığınından daha artığını hiss etdirir insana. Sanki, bir dostunuzla oturmusunuz, söhbət edirsiniz. O sizə öz yaşanmışlığından məsləhətlər verir, siz də dinləyirsiniz.
Depressiya keçirən, çox düşünən, zehnini yük kimi hiss edən insanlara tövsiyəm odur ki, heç kimə bu haqda uzun-uzadı danışmayın. Çünki, heç kim başa düşmür, siz isə danışdıqca biraz daha dərinliyə qərq olursunuz. Ona görə, Mett Heyq rəisi dinləyərək (oxuyaraq :)) özünüzə suallar verib, özünüzlə danışaraq, bəlkə yazaraq, ya da mənim kimi şəkillər çəkərək daxili dünyanızı görə bilərsiniz. Əmin olun ki, gördükdən sonrası çox asandır. İnsan hər zaman görmədiyindən, bilmədiyindən qorxur.
“Depressiya keçirməyin, hər zaman xoşbəxt olun” deyə bilmərəm, çünki Elçin Səfərlinin də dediyi kimi “Əbədi və dəyişməz xoşbəxtlik lənətlənmək deyil mi?” Hər depressiyadan sonra özünüzdə yeniliklər kəşf edərək, yeni sahələrə yönələrək, əsla etmərəm dediyiniz şeyləri edib, hətta bundan zövq alaraq davam edin! Bəlkə, depressiyanız sayəsində siz də Mett Heyq kimi yazıçı oldunuz?
Xoş oxumalar!!