Gönderi

220 syf.
7/10 puan verdi
·
Read in 7 days
Armudlu Düzəngah. Əslində bu əsərə şərh yazmaq fikrim yox idi. Kitabın səhifəsinə keçib təsadüfən gördüm ki, oxunması lap azdır və alıntısı, şərhi yoxdur. Bəlkə oxumaq istəyən kiməsə maraqlı olar deyə, qısaca öz fikirlərimi bölüşüm. Əsər qısa və çox axıcıdır. Sürətli oxucusunuzsa, tez bitəcək. Uzun təsvirlər, dərin təhlillər heç yoxdur. Bir baxıma, emosional kasad olduğunu da demək olar. Ancaq səbəbi yazıçının bacarıqsızlığı deyil, məhz olması gərəkəndir. Həyata 1:0 geridən başlayan, hər tip çətinlik, pisliklə qarşılaşan / edən uşaqlar sanki mənəvi olaraq yoxsullaşıb. Kədərlənsələr belə uzun müddət pis olmaq, göz yaşı tökmək xasiyyətləri yoxdur. Ya da aralarında dərin fəlsəfi düşüncələr, söhbətlər görə bilməzsiniz, çünki hamısı sadəcə günü və həyatı necə yola vermək dərdində olan uşaqlardı, düşünmə qabiliyyətləri elə də güclü deyil. Hekayə əqli zəif internat uşaqları barədədir. Diqqət etsəniz görəcəksiniz ki, əksər uşaqların heç bir ciddi psixi, ruhi problemi yoxdur. Onların problemləri şişirdilib, ya da ümumiyyətlə yoxdur, sadəcə yer azlığından buraya düşüblər. Gürcü ədəbiyyatına çox yad idim, ancaq bu əsərdə təsvir edilən demək olar ki, hər mühit, hər düşüncə mənə doğma idi. Sovet hökuməti dövründə millətlər və onların həyat tərzi arasında, həqiqətən fərq olmurmuş. Hekayənin bəlkə də, ən yaxşı cəhəti bütünlüklə realist olmasıdır. Azyaşlı ya da böyük uşaqların, valideynlərin, internat əməkdaşlarının qonşu məhəllə insanlarının - bir sözlə, hamının düşüncələri və reaksiyaları çox çılpaq real idi. Bu barədə, bəziləriniz üçün bəlkə də, narahatedici olacaq. Belə. Həyatınızda oxuya biləcəyiniz ən təsirli əsər deyil, ancaq hər halda zaman ayırmağınıza dəyər. Bu arada, kitabın adı və dizaynı sizi yanıltmasın, uşaq kitabı deyil, azyaşlıların oxuması məsləhət deyil.
Armudlu Düzəngahı
Armudlu DüzəngahıNana Ekvtimishvili · Yay Nəşriyyatı · 202031 okunma
·
1 plus 1
·
220 views
İnci Zadə okurunun profil resmi
Rəyin üçün təşəkkürlər diamant. Kitab üçün də :D Tez bir zamanda oxuyub səninlə müzakirə etməyi diləyirəm 🫂
Tinuviel okurunun profil resmi
Sən bu dəq qucağına 10 dənə qarpız yığmısan sjdjdj Görək nə vaxt hamısını səliqə ilə oxuyib bitirirsən
2 next answer
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.