Gönderi

596 syf.
9/10 puan verdi
·
10 günde okudu
Ilk öncə onu deyimki kitab maraqlı və axıcıdır. Məni təəccübləndirən və heyrətə salan məqamlar az olmadı. Ancaq bəzi təsadüflər mənə şişirdilmiş gəldi. Məsələn Ələmdarın Mahirənin bacısı ilə rastlaşması,Əbilovun uşaqları ilə Məltəmin uşaqlarının eyni məktəbdə oxuması,sarı çantadan çıxan plandakı məktəb Fətəlinin oxuduğu məktəb olması, Qanturalın bacısının Fətəlinin müəlliməsi olması, Qanturalın qardaşının dovşan tutmaq məsələsində Rafiq ilə rastlaşmaları mənə yersiz gəldi. Birdə bəyənmədiyim məqam o oldu ki, qadının xəyanəti normallaşdırılıb. Cəhalə yoldaşı ola-ola Ələmdara vurulub, ərinə xəyanət edir. Ancaq yazıçı az qala Cəhaləni mələk elan etsin. Əsərin mərd qəhrəmanı Ələmdarın evli qadınla münasibətidə mənim üçün əsərin bəyənmədiyim yanı oldu. Bu cür mərd oğlana bu cür şərəfsiz donu geyindirilməməli idi. Ümümi mövzusundan danışsaq əsərə söz ola bilməz.
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Elgün Nəşriyyatı  · 2014688 okunma
·
82 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.