Gönderi

108 syf.
10/10 puan verdi
·
8 günde okudu
Möhtəşəm hekayə...
Doğrudur, hamımız həyatı istədiyimiz kimi yaşamalıyıq, amma istədiyimiz kimi və *ədalətli, sevgi dolu, ətrafımıza qarşı pozitiv şəkildə. Bu kitab tam da, bundan bəhs edir. Kitab, kitab deyil də, həyatın önəmli nöqtələrini bizə öyrədən bir düşüncədir sanki... Başlayaq;
Charles Dickens
Charles Dickens
'in ilk kitabını oxudum və qələmini, yazı şəklini çox sevdim. Bir yazıçı, hekayəni insanda bu qədər mi, həqiqi hisslərlə yaşadar? Bu günə qədər oxuduğum ən maraqlı mövzusu olan hekayələrdən biridir. Kitabın qısa məzmunu: Kitabın baş qəhrəmanı Scrooge, ətrafına, dostlarına, qohumlarına qarşı kobud, simic və soyuqqanlı biridir. Ancaq 7 il əvvəl, bir Yeni il günündə ölən dostu, Marley sayəsində, dəyişir. Kitab haqqında çox danışmayacam. Oxuyun. :) Kitab bizə nə öyrədir? Qısa kitabdır deyib, keçməyin. Qısa olsa belə, ifadə etdiyi məna çox dərindir. :') Kitab insanlara, həyatda güclü hörmət, sevgi, dostluq qazanmaq üçün həyatın qısa olduğunu və bunları qazanandan sonra, bu hisləri düzgün və doya-doya yaşamağı öyrədir. Kitabın mövzusu çox dərin məna kəsb edir. Qısa olmasına baxmayaraq, insana bir ömür boyu necə yaşamalı olduğunu öyrədir. Kitabda, olan hər şeyi sevdim. Amma ən çox sevdiyim Scrooge'un ruhlarla olan dialoqları idi. Kitablarda, ən çox sevdiyim, bunlar olur: Fəlsəfi dialoqlar, fəlsəfi söhbətlər, fəlsəfi müzakirələr. Bu kitabda da, bunlara yer verilmişdi. Ona görə də, artıq favori kitablarım arasındadır. :D Həyatı doya-doya yaşayın. Əgər elə yaşamır və yaşamaq istəmirsinizsə, bu kitabı oxuyun. Əminəm ki, oxuyandan sonra həyatın dəyərini anlayacaqsınız. Öz həyatınızı idarə etməyi bacarın. Çalışın, daha yaxşı olsun. Həyatı ədalətli, sevgi dolu yaşamaq üçün bir şansınız var. Çalışın ki, bu həyatı başqalarının yaşadığı həyatdan daha yaxşı yaşayasınız. Unutmayın, xoşbəxt olmaq üçün sadəcə, var olmaq, nəfəs almaq, yaşamaq bəs etmir. Kitab hamını oxumalı olduğu kitablardandır. Həm həcmi qısa, həm mənalı, həm oxuyanda çox şey öyrənəcəyiniz, həm də, axıcılığından və verdiyi zövqdən necə bitirdiyinizi anlamayacağınız kitabdır. Mənalı və tam da, bu kitaba aid bir söz: Həyat beşiklə məzar arasındakı sınaq müddətidir. (Onore De Balzak) Sağ olun, kitabla qalın. Oxumaq istəyənlərə indidən xoş oxumalar. :)
Bir Noel Şarkısı
Bir Noel ŞarkısıCharles Dickens · Türkiye İş Bankası Kültür Yayınları · 20247,4bin okunma
··
2.476 görüntüleme
Ûs okurunun profil resmi
Əla təhlil etmisiniz. :
Aria okurunun profil resmi
Təşəkkürlər.
Gece Masalcısı okurunun profil resmi
Bu kitabın filmi de güzel, tavsiye ederim. Filmin fragmanı: youtube.com/watch?v=VZ3lr3u...
Aria okurunun profil resmi
Fragmanı izləmişdim, ama filmini izləməmişəm. Tövsiyəniz üçün təşəkkür edirəm. :)
Kitabsever okurunun profil resmi
İncələmən əladır.
İki Şehrin Hikâyesi
İki Şehrin Hikâyesi
oxu mütləq. Mənim favorilərimdəndir
Aria okurunun profil resmi
Təşəkkürlər. Siyahıya əlavə etdim.
1 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.