Gönderi

664 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 77 days
Hər sətirdə sanki Cəlil Məmmədquluzadənin kədərini gördüm.Bu qəlblə görünən kədər idi.         Yazıçının nisbətən az tanınmış əsərlərinə toxunmaq istəyirəm.Və bu əsərləri arasında ən çox təsir edənlərdən biri " Sarı" hekayəsi  və " Lal" dramı oldu.   Lal dramında lakonikliklə  o dərəcədə kamil ideya irəli sürülüb ki...    Yaxud "Sarı" əsərində kimliyini unudan, yaxud kimliyi ona unutdurulan kisəçi.Sənin adın nədir?,- sualına sabunun adını deyən kisəçi...(Sarı sabun adıdır) Bu bir xalqın faciəsidir.Kisəçi bir ağanın ondan adını soruşmasını mümkünsüz hesab edir.Çünki ondan kimsə dərdin varmı deyə soruşmayıb.Elə milli kimliyin unudulması da adi insanların şəxsiyyətinin heçə endirilməsindən başlamırmı?! Adi insanlar...Yoxsa mən də Raskolnikovun fəlsəfəsinin haqlı olduğunu sanıram?! O kisəçinin adi insan olduğunu niyə düşünürəm, bəlkə o da qeyri-adidir.Amma mühit onu adiyə çevirib....    "Lal" əsəri də çox təsirlidir. Məzmunun qısaldılmış şəkli belədir:Küçədə ağlayan altı və səkkiz yaşlı iki uşağı təsvir edir. Onlar müharibə illərində xanimanlarından ayrı düşmüş, ata-analarını itirmişlər. Onların səsinə bir intelligent,bir çinovnik, bir mömin nəhayət, sənəti məlum olmayan bir lal gəlir. Zəng səsini eşidən intelligent uşaqlara iki şahı atıb gedir. Azan səsinı eşidən mömin də gedir. Nəhayət,uşaqların yanında ancaq lal qalır. Bu lal mərhəmət hissi ilə coşaraq, ağlayan uşaqları qucağına alıb təsəlli verir və ovudur.Əslinə baxsan, milliyyəti, sənəti, peşəsi və əmlak vəziyyəti olmayan bu lal kişini, ədib, lal olduğu üçün yox, müəyyən dərəcədə kar olduğu üçün təsvir və tərif etmişdir. C.Məmmədquluzadənin təsvir etdiyi şəhərdə və küçədə ziyalılar, çinovniklər, tacirlər, möminlər mühitində yetim uşaqların halınaqalan yeganə adam laldır. Nə üçün? Çünki, bu lal һәm də kardır. , kar isə zəng səsini, yəni müasir burjua şüarlarını eşitmir, bu kar azan səsini, yəni din nümayəndələrinin hiylə və yalanını eşitmir.        Həqiqətən çox təsirli,realist tərzdə yazılmış hekayələr həmçinin xalq, vətən, nadanlıq mövzusunda yazılmış dramları insanı Cəlil Məmmədquluzadənin dahiliyinə bir daha heyran qoyur.
Əsərləri - I Cild
Əsərləri - I CildCelil Memmedguluzade · Öndər Nəşriyyat · 200467 okunma
·
163 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.