Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Məmməd Aslan
Sinələr güllə-güllə, Qan axır, dönür gülə. Qərənfillər ağlayır, Düşmənə gülə-gülə. Ağla, qərənfil, ağla! Qərənfillər qoşadı, İkisi baş-başadı. Sizdən qalan günləri Qərənfillər yaşadı. Ağla, qərənfil, ağla! Qərənfil - şəhid qanı, Ağla, qərənfil, ağla! Ağla, inlət meydanı, Ağla, qərənfil, ağla! Cavanlara qıydılar, Tanklar altda qoydular. Qanın içib doydular, Ağla, qərənfil, ağla! Hər şəhidə bir düzüm, Abşeron - qan dənizim. Sən - mənim ağlar gözüm, Ağla, qərənfil, ağla! Uzaq mənzil, acı yol, Yoldu, yol, əlacı yol! Şəhidlərə bacı ol; Ağla, qərənfil, ağla! Kərbəla - qan çöllərə, Puç olan qönçələrə, Nazənin incilərə Ağla, qərənfil, ağla! Bəxti asılan qıza, Hünəri aslan qıza, Toyu yas olan qıza Ağla, qərənfil, ağla! Ağla, ürək boşalsın, Ünün göyə baş alsın. Ağla, dağlar yumşalsın, Ağla, qərənfil, ağla! Bu təklənmiş şirlərə, Bu arxasız ərlərə, Bu talesiz nərlərə Ağla, qərənfil, ağla! Bu günahsız qanlara, Bu didilmiş canlara, Bu cansız cavanlara Ağla, qərənfil, ağla! Bu bədənsiz qollara, Bu uçunan yollara, Bu yiyəsiz qullara Ağla, qərənfil, ağla! Bu səngiməz ağrıya, Bu qan sızan sarğıya, Bu Allahsız qurğuya Ağla, qərənfil, ağla! Bu qara yazılara, Bu körpə quzulara, Quruyan arzulara Ağla, qərənfil, ağla! Xeyrə şər üstün gəldi, İniltili ün gəldi... Ağlamalı gün gəldi, Ağla, qərənfil, ağla!
·
329 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.