Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

256 syf.
10/10 puan verdi
·
Beğendi
Məzmun (spoiler)
Kiçik bir ada və bir-birini tanımayan on qonaq... Naməlum ev sahibi... Bəs, görəsən, hər kəsi bura dəvət edən bu məşum cənab kimdir? Qonaqların bunu araşdırmağa isə vaxtı qalmır. Patefon valından növbə ilə səslənən ittihamlar bütün qonaqları sanki hakim qarşısında, müttəhim kürsüsündə hiss etməyə vadar edir. Əlqərəz, əsl faciələr də bundan sonra başlanır. Naməlum ev sahibi tərəfindən ittiham olunan qonaqlar qəribə ardıcıllıqla qətlə yetirilirlər. Adada isə onlardan başqa heç kim yoxdur... Mən dedaktiv roman həvəskarı deyiləm. Həyacanlı yazar qələmi gördükdə dayana bilmərəm. Aqata Kristinanı ilk "On zənci balası" əsəri ilə kəşf etdim. Romanı çox bəyəndim. 1gündə oxuyub bitirdim. Oxuduqca zehnimdə hadisələri canlandırırdım. Bu işi bir azda həyacanlı edir. Digər əsərlərini mütləq oxuyub kəşf etmək istəyirəm. Əsərdə bəyəndiyim məqamlar çox idi. Mən müəyyən qədrinini qeyd etmək istərdim. İlk başda surətlərin və ada haqqında məlumat verilir. Adların çoxluğu sizi yormasın. Mən elə zənn etdim ki, yadımda qalmaz və məni yorar. Əsla elə olmadı. Dediyim kimi yazarın qələmi axıcıdır. Hadisələr zənci adasında baş verir. Bu adaya dəvət olunan qonaqlar var. Qonaqları necə dəvət ediblər? Niyə? Kim? 10qonaq var. Onların hamısına məktub göndərilir. Hər kəsin ora gəlməsinə vasitəçi olan tanış adlar var. 10 şəxsi ora gedib qayıtmaq üçün çağırılmayıb öldürülmək üçün çağırıb. Arsmstonq, miss Brent, Blor, Kleytorn, Lombard, Makartur, Morston, Rocers, Uoqreyv... Yaxşı bəs niyə bunu edib? Çünki o elə düşünür ki cəzalandırılmamış insanlar var. Onların etdikləri günahları sübut etmək mümkün deyil. Buna görə o bu yola əl atıb. Onlar haqqında axtarışlar edib məlumat toplayıb və zənci adasında möhtəşəm bir oyun planı qurub. Hər kəs qatilin bir başqası olduğuna inandı. Elə zənn etdilər ki adada başqası var. Oyun elə quruldu ki hamı bir-birindən şübhə etməyə başladı. Qatili öz aralarında tapmağa çalışan hər kəs bir bir öldürülür... Bəs görəsən bunu kim edir? 10 nəfərin içində gizlənən qatil kimdi..
On Zənci Balası
On Zənci BalasıAgatha Christie · Qanun Nəşriyyatı · 201432,3bin okunma
·
123 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.