Gönderi

280 syf.
·
Puan vermedi
·
22 günde okudu
İsa Hüseynovun “Saz” əsərində müharibənin arxa cəbhə olaraq hiss edildiyi, lakin elə müharibədəki qədər əzmin, zəhmətkeşliyin nümayiş etdirildiyi əsərlərindən biri də budur. Əsər ikinci dünya müharibəsi illərinin çətinliklərini ya da bizə çatdırıla bilinəcəyi qədər məhrumiyyətlərini, özləntilərini əks etdirir. Əsərin iki əsəas sürəti vardır. Hansı ki, onların simasında əsərə sözün əsl mənasında sevə və ya nifrət edə bilərik. İsfəndiyar kişinin oturuşmuş, ağsaqqal və dik duruşlu bir obraz yaradılmışdır. El dili ilə desək “köhnə kişilərdəndir”. O, iki oğlunu müharibəyə yola salıb. Zaman-zaman oğul həsrəti çəkir. Evə gəlib oğullarını ailələrinin başında görməyəndə öz dili ilə desək “ ürəyinin başına od düşür”. Əsəri oxuyarkən bir məqamda mənə elə gəldi ki, İsfəndiyar kişiyə nəsə olacaq o nə daha öz övladlarının qayğısını çəkə biləcək, nə nəvələrini əzizləyə biləcək nə də həqiqi mənada gəlinlərinə atalıq edə biləcək. Lakin yazıçının bu obrazı elə bu məqamdaca öldürməyi heç də məntiqdən bir addım olmazdı. Bəlkə də, İsfəndiyar kişinin o qədər düşündürən şey tək öz ailəsi yox, elə müharibənin nə vaxt bitməsi ehtimalı, bitib-bitməməsi düşüncələri, nəvələrinin atasız qalma halı idi.Ahıl yaşında ona uzanan əlləri boş qoya bilmir. Dəmirçi dükkanında yenidən əlinə iş alır, dəmir döyür. Bir növ bununla bacardığı, həyatda olduğu müddətcə kömək etməyə çalışır. Haqsızlıq onun aləmində ən böyük güanhlardan sayılır. Heç bir bəndənin nə haqqının yeyilməsini, nə də haqq yeməsini həzm etmir. Məhz buna görə də Qılınc Qurbanla belə üz-üzə gəlir. Onun haqszılıq etdiyi məqamlara dözə bilmir. Müharibənin gərginliklərini öz üzərində cəmləşdirmiş, bir növ “zəhər tuluğu” təsirini bağışlayan, idarəçililik imkanlarından müəyyən hallarda sui-istifadə edən, bəzi hallarda müahribəyə getmiş adamların ailəsinə qayğı göstərən, vəzifəsi ilə ağsaqqallıq iddiasında olan bir surətdir. O, deyirdi ki, “Mənim qılıncımın arxası da önü də kəsir,hər kəs mənim istədiklərimi eləməli,heç kəs mənim sözümdən çıxmamalıdır”. Qılınc Qurbanın hər kəsə şübhə ilə yanaşması , İsfəndiyar kişini müaharibə vaxtı arxa cəbhədə qeyrətsiz kimi oturmaqda günahlandırır. Bu cür münasibəti qəbul etməyən İsfəndiyar kişi ona etiraz edir, onunla üz-üzə gəlir. Əslində Qılınc Qurbanın düşüncələrində, əməllərində bir təlatümün, ziddiyyətin olması müharibə gərginliyi, müharibənin canlar alması, gedənlərin qayıtmaması, evlərin başsız qalması ilə bilavasitə bağlıdır. Əsərin simvolik olaraq “Saz” adlandırılması, İsfəndiyarın sinəsində yanığlı-yanığlı çalınması xalqımızn çətin vəziyyətdən necə üzüağ çıxdığına işarədir.
Saz
Sazİsa Muğanna · Hədəf Nəşrləri · 201527 okunma
·
135 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.