Gönderi

88 syf.
8/10 puan verdi
Dəyirman məkan olaraq , kəlimə olaraq bolluq, bərəkətin simvoludur. Burada un üyüdülür, pak yerdir. Əsərdə isə bu paklıqdan zərrə qədər belə danışmaq absurtluq olardı. Bildiyimiz “pak” dəyirmanda kef məclisləri təşkil olunur, kişilər işləyə bilmir, başıları bu kef məclislərinə qarışır. Əsərdə çayın suyunun bulanıq olması, dananın kəsildikdən sonra qanlı suyunun çaya axıdılması əslində təsadüfi hadisə deyildi. Müəllif burada dəyirman kimi pak bir məkanı bu günə qalan ərazinin suyunun belə çirkləndiyini, bulandığını göstərməyə çalışmışdır. Sarı Qasım- Əsərdə diqqət çəkən əsas surətlərdən biridir. O arvadının hesabına kef çəkən, arvadı haqqında danışılan sözləri qulaqardına vurub yalanlayan bir obrazdır. Kənddə olan digər adamlar kimi dəyirmana getmir, bu da onu kənddəkilərdən fərqləndirir. Onun belə bir xüsusiyyəti var ki, o həm gördüklərini, həm də görmədiklərini danışmaq qabiliyyətindədir. Əslində Qasım həyatından çox məmnundur. Temir-Dəyirmanın caynağına keçən növbəti kənd sakini, müəllimdir. Bəlkə də onun müəllim kimi biz xalqa yol göstərməsini, öndə getməsini gözləyirdik. Ona görə fərqli hərəkət etdiyi zaman bizə qəribə gəlir. O, ailəsinə əziyyət edir, hətta öz həyat yoldaşını belə döyür. Ailə münasibətləri qaydasında deyil. Ailəsi ilə bir masa ətrafında əyləşən zaman heç bir mövzu haqqında danışa bilməməkləri ailənin necə parçalandığını göstərir. Onun anası ilə münasibətlərində o anasının şalına( yaylığına) sadiq olur. Dəyirmana getməyinə baxmayaraq içmir. Onun həyatdan arzuladığı iki şey vardı. Birincisi anasının gəlməsini istəyirdi. Gözü həmişə yolda idi.Düşünürdü ki, bir gün anası gələcək və o anasına qovuşacaq. İkincisi isə uşaq olmaq istiyirdi.Çünki o kiçik yaşlarından pul qazanmağa məcbur olunduğu üçün uşaqlıq yaşamamışdır. Uşaq ikən pulun insan həyatındakı rolunu məcburən olsa da anlamışdı. Temir ziyalı bir obrazdır. O dəyirmana getsə də sonradan ordan ayrılan ilk insan olur. İçki içmir. Anasına sadiq qalır. Hətta Sarı Qasımın qeyrətini belə qorumağa cəhd edir. Güllünün səhvin fərqinə ilk varan olur. Sarı Qasım isə Temiri hətta özü getməsə də Dəyirmana aparır. Onun həyatdakı düşüncəsi ancaq arvadının hesabına kef çəkmək idi. Temir üzünü dəyirmanın çirkabından qurtara bilir. Sarı Qasım isə Dəyirmana getməsə belə mənən bu çirkabdan qurtula bilmir. Əsərdə qarğış motivi də vardır. Bu qarğış bizim bildiyimiz bəd niyyətli qarğışlara bənzəmir. Qarğış Telli xalanın dilindən səsələnir. Lakin o bunu içini boşaltmaq, yüngülləşmək üçün edir.Onun sözünə heç kim qulaq asmır, o da deyir ki, bəlkə dua yox qarğış etsə onu eşidən oldu. Dua etməkdən o qədər bezir ki, axırda dua qarğışla əvəz əvəzlənir. Necə ki, əsərdə halal haramla, doğru yanlışla əvəzlənib eləcə onun kimi. (
Değirmen
DeğirmenMövlud Süleymanlı · Zengin Yayıncılık · 201811 okunma
·
70 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.