Gönderi

·
Not rated
"İnsan davranışları iki yönlüdür. Sende göklere çıkartılan bir şey için beni yerden yere vururlar." Quasimodo,körpə ikən həyata məğlub başlayan, ailəsi tərəfindən kilsə həyətində tərk edilmiş və bir keşiş tərəfindən övladlığa götürülən donqarlı bir zəng çalandır. Onun xarici görünüş baxımından acınacaqlı bir çirkinliyi var ki, ona baxanda hamı üzünü buruşdurur, diksinir. O sevgidən məhrum olmuş, öz çirkinliyi nəticəsində tənhalıq içində böyümüşdür. Onun yeganə dostu kilsənin zəngləridir. Esmeralda bir qadın olaraq məruz qaldığı təhqir və haqsızlıqla, mənim ən çox üzüldüyüm obrazdır. O çox vicdanlı, gözəl və tanımadığı bir adamın edam edilməsinin qarşısını alacaq qədər mərhəmətli bir qadındır.Təəssüf ki, malik olduğu bütün bu keyfiyyətlər onun həzin sonu üçün kifayət etmir. Əsrlər keçsə də, qadınlar hələ də bu cür haqsızlıqlara məruz qalır. Çünki əxlaq anlayışının yalnız qadına aid olduğunu düşünən bir cəmiyyətdə inkişafdan və haqdan söz gedə bilməz. Viktor Hüqo, Quasimodonun, baş keşiş Klod Frollonun və Esmeraldanın həyat hekayələri ilə insanın ruhunda məhəbbət, həsrət, fədakarlıq, mərhəmət, qəddarlıq, ikiüzlülük, ziddiyyət və bir çox məsələləri ortaya qoyur.O həmçinin o dövrdəki cəmiyyətin ədalət mexanizmindəki yoxsulluğun, səfalətin, sinfi qarşıdurmaların təsvirini çox acı və real şəkildə əks etdirir, cəmiyyətin iqtisadi, sosial, siyasi, dini, psixoloji rentgenini çəkir. Hüqo kitabda bir neçə insanın hekayəsini danışmaqdan əlavə, memarlıq və tarix haqqında düşüncələrini də çox geniş şəkildə əks etdirib. Kitabin əvvəlində təsvirlər olduqca çoxdur və sadəcə Parisin təsviri üçün təxmini 25 səhifə ayırıb. Notr-Dam ("Bizim Xanım" " Məryəm ana" deməkdir). Romanı yazmaqda müəllifin məqsədlərindən biri də bu kilsənin və daim dəyişən Paris memarlığının qorunub saxlanılmasına tələbi bildirmək idi. Sevərək oxuduğum və tövsiyə edəcəyim bir kitab oldu. ️
Notre Dame'ın Kamburu - Eugenie Grandet
Notre Dame'ın Kamburu - Eugenie GrandetHonore de Balzac · Dionis Yayınları · 2017247 okunma
·
81 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.