Gönderi

·
Not rated
"Niyə mən heç vaxt fikirləşməmişəm ki, anam da insandır. Onun da xəyalları, arzuları var?" Anam sənə əmanət… Park Sonyo adlı, ailəsini sevən, çox gözəl qəlbli bir anadan bəhs edir. Buna baxmayaraq, o həyat yoldaşından çox da sevgi görməyən, hətta xəyanətə məruz qalan bir qadındır. Övladları belə böyüdükdən və valideynlərinin yanından ayrıldıqdan sonra ona qarşı laqeyd olmağa başlayırlar. Bir gün o həyat yoldaşı ilə birlikdə uşaqlarının yanına həyat yoldaşının doğum gününü keçirmek üçün Seula gedirlər. Amma metroda həyat yoldaşının əlini buraxdıqdan sonra itir. Həyat yoldaşı və övladları onu axtarmaq üçün hər yola əl atırlar. Və birdən-birə həyatlarında hiss etməsələr bələ ən dəyərli varlıq olan insanın yoxluğu, onları anaları haqqında düşünməyə, keçmiş xatirələrini yada salmağa vadar edir… İlahi, kitabı oxuyanda gözlərim necə dolurdu… Necə heyecanlanıb, necə pis oldurdum. Sevdiklerimizə tez-tez onları sevdiyimizi deyə bilməmək çox pis bir hisdir. İnsan itirdikdən sonra bunu daha yaxşı anlayır. Kaş yanımda olaydı və onu daha çox sevdiyimi deyərdim, qucaqlayardim düşüncəsi insanı dəli edir… Görəsən anasını sevməyən insan varmı? Ana ilə övlad arasındakı bağın tamam fərqli olduğuna inanıram. Kitabı oxuyanda adam utanır… Anasını incitdiyi, əsəbləşdirdiyi, bəzən ona "offf" dediyi üçün utanır… Bir gün anam olmasa nə edərəm? Bunu düşünmək belə istəmirik. Həm ətrafımızdakılar, həm də özümüz heç vaxt ölməyəcəkmiş kimi yaşayırıq. Çünki biz insanlar nankoruq. Anamıza bizə hər gün yemək bişirdiyi üçün təşəkkür etmezkən, bir defe xoşumuza gəlməyən yemək bişirib deyə acılaya bilirik. Bir dəfə xoşumuza gəlməyən bir şey olan kimi, bundan öncəki bütün yaxşılıqları unuda biləcək potensiala sahibik… Kitabın dili çox fərqli idi. Bu dəfə yazıçı obrazlarla söhbət edirmiş kimi yazmışdı kitabı. Kitabdakı hər bir obrazla danışarkən, ona etdiklərini bir-bir xatırladarken, o obrazların timsalında bütün övladları mühakimə edirdi. Kitab mənə çox təsir etdi. Bu cür mövzularda çox həssasam və bu cür zəhmətkeş, ailəsinin acılarını mənimsəyib, öz acılarını, ağrılarını heçə sayan bir ana obrazına olan münasibət məni çox sarsıtdı… Çox düşünməyimə də vəsilə oldu. Oxumagınızı tövsiyə edirəm.️
Anam Sənə Əmanət
Anam Sənə ƏmanətKyung-Sook Shin · Qanun Nəşriyyatı · 2019283 okunma
·
132 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.