Gönderi

824 syf.
·
Not rated
"Mənim üçün həyatda qal..." Həyatı boyuncada heç müharibə görməyən 17 yaşlı Tatyana bir anda özünü ikinci dünya müharibəsinin içində tapır. Atasının ona çörək almaq üçün verdiyi pula mağazaların önündə çox sıra olduğu üçün dondurma alır və dayanacaqda oturub onu yeməyə başlayır. Bu zaman həyatını dəyişdirən bir əsgərlə, yəni Aleksandr ilə qarşılaşır və onların hekayəsi başlayır... Kitabda insanların müharibə ərzində verdiyi mübarizələri görürük. Aclığın təsviri o qədər həqiqi əks olunmuşdu ki, oxuduqca tüklərim biz-biz olurdu... Tatyana və Aleksandrın həm şəxsi həyatlarında, həm də sevgi münasibətində yaşadıqları çətinliklər, maneələr onları bir-birinə daha çox bağlayır və güclü edir. Əslində kitabı oxuyarkən çox əsəbləşirdim, bəzən Tatyananın, bəzən Aleksanrın etdiklerı məni dəli edirdi. Lakin o cür situasiyalarda nələr edə bileceyimizi təxmin bele etməzkən onlara əsəbləşsəm də bir-biriləri üçün etdikləri fədakarlıqlar mənə çox toxundu. Bəli, bu kitab sevgi romanıdır amma içində hər şey var idi; sevgi, müharibə, aclıq, ölüm, çarəsizlik, ümid... Bu cür həyatı bizə əks etdiren və iz buraxan kitabları oxuduğuma çox sevinirəm. Çünki hər zaman oxuduğum kitablar mənə yeni nələrsə qatmağı bacarır. Birinci kitabın adının niyə "Bronz atlı" olduğunu soruşursunuzsa, "Bronz atlı" Aleksandrın Tatyanaya hədiyə etdiyi Aleksandr Puşkinin kitabının adıdır. Bəzi yerlərdə kitabdan statlar da verilmişdi və kitablarda belə detalları sevirəm. Ümumiyyətlə, müharibə mövzusunda kitablar oxuyanda çox həssas davranmağa başlayıram və Lev Tolstoyun bu sözlərini xatırlayıram, - "İnsanları öldürmək üçün kəşf edilən güllə, top, bomba, raket, barıt və digər silahlardan daha dəhşətli nə ola bilər?" Seriya 4 kitabdan ibarətdir, lakin mən ikisini oxumuşam və sizə də bu iki kitabı oxumağınızı tövsiyə edirem. Amma digər kitabları oxumağı düşünmürəm çünki digər iki kitab haqqında heç yaxşı fikirlər oxumadım. Bəzi spoilerler gördüm, bilmirəm, bəlkə də qərəzli davranıram amma gördüklərimə istinadən Tatyana ve Aleksandrın ağlımda bu iki kitabdakı kimi qalmasını istəyirəm. Xoş mütaliələr ️
Bronz Atlı
Bronz AtlıPaullina Simons · Pegasus Yayınları · 20161,269 okunma
·
103 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.