Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

80 syf.
8/10 puan verdi
·
24 saatte okudu
Kitabda 7 fərqli hekayə cəmlənib. Az-az hamısından bəhs etməyə çalışacam. 1 - Poçt Qutusu Zənnimcə bu hekayədə, yazıçı, kənd əhalisinin o zamanki dövrdə nə qədər az elmə sahib olmasını və gülünc vəziyyətə düşməsini göstərmək istəyib. Düşünün ki, poçt qutusu haqqında, məktub haqqında məlumatınız yoxdur. Kitabı oxuduqda obrazın poçt qutusu ilə olan imtahanı gülünc bir ifadə buraxacaq üzünüzdə. Burdakı anlayışı daha da ümumiləşdirmək lazımdırsa: Bilməyən bilənin yanında gülməli və küçümsənəcək vəziyyətə düşər. Bilməmək problem deyil, lakin bilmə kimi bir ehtimal varkən, öyrənməmək problemdir. 2 - Usta Zeynal Ustalar.. Tək yaşamağa başladıqdan sonra, mən də homo-homo sapiens'in bu növü ilə tanış oldum və təbii ki dəli oldum. Cəlil bəy bu hekayədə dindar(!) birisinin Ermənidən daha da alçala biləcəyini göstərir. İnsanlıq olmadıqdan sonra iman nə etsin onlara? Əxlaqi dəyərlərə sahib çıxırsa milliyətin önəmi yoxdur. Xüsusilə, hekayədəki Muğdisi Akop'u özümə bir az yaxın hiss etdim. (Ustalara olan münasibəti cəhətindən; bəzi yerlər istisna ola bilər.) Əlindən gəldiyi qədər onlara yaxşı olmağa çalışır, amma kimə nə? Usta, elə həminki ustadır. Sapiens'in bu növünə qarşı ehtiyatlı olun, özünüzü ələ verməyin, dirəşin, dirənin. 3 - Quzu Çox da deyiləcək söz yoxdur əslində. Fürsətdən istifadə və xainlik. 4 - Konsulun Arvadı Bu hekayədə Albert Kamü'nün Yabancı əsərindəki Mersault'un anasına qarşı olan rəftarını görmək olur Konsul'da. Bir də təbii ki yas məsələsinin yersizliyi də tənqid edilib. (Çox yox.) 5 - Zırrama Adı üzərindən də anlamaq olur. Zırramalar həyatımızın hər yerinə girmək istəyir, bizə imkan vermirlər. 6 - Saqqallı Uşaq Adı kimi hekayənin özü də gülümsədən və səmimi cinsdən idi. Yenə savadsızlığa toxunulmaqla birlikdə, üzdə təbəssüm buraxan hekayə yazılıb. Ən əsası da uşaqların tərbiyəsinə də əhəmmiyət verilməsini Cəlil bəy xatırladıb. Bir şey olduqda daima səhvi uşaqda axtarmanın mənası yoxdur. Biz nə etdik də o belə oldu deyə fikirləşməliyik. 7 - Buz Hər zaman bu ölkənin uşaqlarının niyə bu qədər aqressiv olduğunu düşünmüşəm. Uşaq vaxtı təəssüf ki, mən də onlardan biri idim. Vəziyyət o qədər bərbatdır ki, bir yandan sevdiyiniz ölsə, sizin üçün küçədəki çöl həyatı daha maraqlı olar. Burda da yetişdirilməyən uşağın çöl həyatı ilə sınağı var. Tərbiyə çox önəmlidir. Əlavə olaraq kitabda bilmədiyim və sonradan öyrəndiyim sözləri də bura qeyd edəcəm. Xoş mütaliələr Övrət - Arvad, zövcə Dəxi - Daha, artıq Təvəqqe - Xahiş, istək Fərş - Döşənəcək (xalça, palaz və s.) Ulaq - Yük və ya minik heyvanı Gəc - Gillə gipsin qarışığından hazırlanan al-sarımtıl rəngli maddə Omba - Qıçın çanaqdan dizə qədər olan hissəsi Börk - Papaq, baş geyimi Səqf - Tavan, bağdatı Sovqat - Hədiyyə, pay Yavuqlaşmaq - Yaxınlaşmaq Nimçə - Boşqab Moizə - Vəz, nəsihət, öyüd Ümur - Əmr Təqaza - Tələb Övqat - Vaxt Xub - Yaxşı, gözəl, xoş Vəch - Üz, sifət, cür (heç cür) Köynəkcək - Köynəksiz (kitabda fərqli mənada işlədilib böyük ehtimal, lakin anlaya bilmədim) Akoşka - Pəncərə Təam - Yemək, xörək Qəsəm - And Bidamağ - Kefsiz Naxələflik - Ata-anaya qarşı nankorluq, naşükürlük Babət - Hal, vəziyyət, keyfiyyət Mürəbbi - Keçmişdə: dövlətli ailələrində uşaqların təlim və tərbiyəsi ilə məşğul olan şəxs; tərbiyəçi, xüsusi müəllim Təğyir - Dəyişiklik Mətah - Qiymətli, aztapılan şey Girvənkə - 400 qrama bərabər ağırlıq ölçüsü Girdə - Dairəvi Təfavüt - Fərqli cəhət, fərq Nüsxəbənd - Aptekdə resept qəbul edən işçi; reseptçi, farmasevt. Xalq təbabətində: qədim tibb kitablarına baxıb dərman yazan şəxs, yaxud həmin dərmanlar və onların hazırlanmasından bəhs edən kitab Dübarə - İkinci dəfə, təkrar
Poçt Qutusu
Poçt QutusuCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 2021278 okunma
·
240 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.