Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Ölüm sevinməsin qoy
Bir qocaman qartalın qanadları dayandı, O, bir daha qıy vurub dağlardan keçməyəcək Dünya öz yerindədir yenə səhər oyandı, O, vətən dağlarının suyundan içməyəcək. Ah, o, bir də göz açıb görməyəcək aləmi, Dostlar ilə bir daha gəlməyəcək üz-üzə. Susdu onun rübabı, sındı qurşun qələmi Yeni-yeni nəğmələr qoşmayacaq o bizə Ölüm sevinməsin qoy! Ömrünü vermir bada El qədrini canından daha əziz bilənlər Şirin bir xatirətək qalacaqdır dünyada Sevərək yaşayanlar, sevilərək ölənlər... Budur, baxır üzümə, baxır sənətkar gözü, Yenə gülür danışır, nəfəs alır Üzeyir, Süzülür qəlb evimə onun hər odlu sözü, Rübabının səsində qanad açır min şe'r. O sabah da bizimlə addımlayır yanaşı, "Koroğlu"dan oxuyur yenə zəfər ordumuz. Ey Füzuli şe'rinın bir bəstəkar qardaşı! Şöhrət tapdı adınla bizim ana yurdumuz. Ölüm sevinməsin qoy, ömrünü vermir bada El qədrini canından daha əziz bilənlər. Şirin bir xatirətək qalacaqdır dünyada Sevərək yaşayanlar, sevilərək ölənlər... Mən bu kiçik şeirimi yazıram göz yaşımla, Çünki vidalaşıram bir ürək sirdaşımla.
Samed Vurğun
Samed Vurğun
·
173 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.