Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

208 syf.
10/10 puan verdi
"Qara Köhlən" adlı atla dayçalığından tanış oluruq. Bizə öz həyat hekayəsini danışır. Onun həyatda ilk çətinliyi təlimdən başlayır. Çətinlik deyəndə yüyənin taxılmağı, yəhərin belinə qoyulması və s nəzərdə tuturam. İlk sahibinin təlim zamanı yaxşı davranması nəticəsində bütün bunlara öyrəşir. Atların hamısı ilk sahib baxımından "Qara Köhlən" qədər şanslı olmur. "Qara Köhlən"in sonradan tanıyıb dost olduğu "Cincer" adlı at şansı gətirməyən atlar sinifinə daxildir. Onunla vaxtında kobud davranılıb deyə indi yola getməz heyvana çevrilib. Ümumiyyətlə yaxşı sahibin böyütdüyü at mehriban, pis sahibin böyütdüyü at isə vəhşi olacaq. Bu bütün heyvanlarda belədir. Hətta sakit təbiətli Pitbullda böyütmək olar. "Qara Köhlən"in sahibi yaxşı çıxdıqda tərifi olmayan xoşbəxtlik hissi yaşayır, sahibi qəddar olduqda isə özümü dəhşətli dərəcədə pis hiss edirdim. Kitabın içinə girib onu xilas etmək istəyirdim. ‍ Yazıçı Anna Syuel gəzə bilmədiyindən daha çox hərəkətlilik üçün at arabalarından tez-tez istifadə edirdi ki, bu da onun atlara böyük sevgisinin yaranmasına səbəb olur. O qədər zəif idi ki, tez-tez yatağında olmaq məcburiyyətində idi. Buna görə də Anna üçün yazmaq çox çətin idi. Bu səbəbdən mətni anasına diktə edərək yazdırmağa başladı. 1876-cı ildən etibarən kiçik kağız parçalarına yazdıqdan sonra anası bu mətinlərin üzünü köçürdü. 50 milyon nüsxədən artıq satılan kitabı uşaqlar oxusalar darıxacaqlar. Uşaqlar üçün satılan on kitabdan biri qəbul edilsədə yeniyetmələr və böyüklərin oxumasını məsləhət görürəm. Anna Syuell bu əsəri elə böyüklər üçün yazıb. İt, pişik, balıq, kirpi, tısbağa və tutuquşu saxlamağı çox istəyirəm. Amma bir at sahibi olmaq ağlımın ucundan belə keçməyib. Bu kitab atları mənə sevdirdi. İnşaallah bir atım olar. Harda at(lar) görsəm iki şey düşünəcəm: Həyatları necə keçib və görən nə danışırlar.
Qara köhlən
Qara köhlənAnna Sewell · 3 alma · 20158,8bin okunma
·
90 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.