Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Birdən elə adam yadına düşür, İçini qəribə bir sükut yeyir. Bəlkə də hardasa adını çəkir, Səni lənətləyir, deyinir, söyür. Birdən elə adam yadına düşür, Gözlərin yığılır, dodağın qaçır. Tez ciddiləşirsən, kimsə görməsin, Olduğun məclisin marağı qaçır. Birdən elə adam yadına düşür, Götürüb zəng etmək keçir içindən. Sağa boylanırsan, sola baxırsan, Tutulub qalırsan adam içində. Birdən elə adam yadına düşür, Heç həmin adamın ağlına gəlməz Elə bu dəqiqə, elə bu yerdə, Səninlə üzbəüz gəlsə də bilməz. Birdən elə adam yadına düşür, Düşmənə deməzlər, dosta deməzlər. Bir az adamlığın olsun ay adam, Adamın yadına belə düşməzlər! Bir də görürsən ki, vaxtı yetişir, Ay yenə həminki yerdə görünür. Birdən elə adam yadına düşür, Bilirsən ki, o da səni düşünür… Raqif Raufoğlu
·
57 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.