Gönderi

Cəmiyyətin yaratdığı xarici maneələrlə yanaşı, qadınlara daxili əngəlləri də səd çəkir. Özümüzə inamın azlığı, həlledici məqamda geri çəkilməyimiz, əl qaldırmaq istəməməyimiz üzündən irəli getmirik. Bütün həyatımız boyu sadiq qaldığımız mənfi nəsihətnaməyə möhkəm yiyələnmişik. İmkanlarımız haqqında təsəvvürlərimizi özümüz azaldırıq. Ev işlərinin və uşaqlara qayğıların son dərəcə böyük hissəsini, əvvəlki kimi, öz üzərimizə götürürük. Söhbət karyeramız haqqında gedəndə biz ərimizin və uşaqlarımızın-onlar hələ olmasa belə-xeyrinə güzəştə getməyə hazırıq. Kişi həmkarlarımızdan fərqli olaraq, rəhbər vəzifələrə nadir hallarda can atırıq.
Sayfa 15 - Qanun NəşriyyatıKitabı okuyor
·
190 görüntüleme
dudu.krdmrr