Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

STEFAN ZWEİG anım günü. . .Yüz illər keçsə də əsərləri böyük maraqla oxunacaq dahi yazıçı Stefan Zweig 28 noyabr 1881 tarixində Vyana şəhərində dünyaya gəlmişdir. Ailənin ikinci övladı olan Stefan, hələ kiçik yaşlarından ədəbiyyat sahəsinə maraq göstərmişdir. 1892-ci ildə ibtidai, 1900-cü ildə isə orta məktəbi Vyanada bitirmiş olan Stefan, ingilis, yunan, latın, italyan və fransız dillərini öyrənmişdir. İlk şeirini orta məktəb vaxtlarında yazan Zweig, 1900-cü ildə Fəlsəfə və Ədəbiyyat tarixi oxumaq üçün Vyana Universitetinə başlamışdır. 1901-ci ildə “Gümüş tellər” adlı ilk şeir kitabını çıxarmışdır. 1902-ci ildən qəzetdə məqalələri çıxmış, 1904-cü ildə isə doktorantura dərəcəsinə yüksələrək təhsilini tamamlayan Stefan, eyni ildə “Erika Ewaldın eşqi” adlı hekayə kitabı ilə gedərək tanınmaya başlamışdır. 1906-ci ildə çıxan ikinci şeir kitabıyla mükafat qazanmışdır. 1907-1911 illəri arasında Hindistan, Kanada və Amerikaya səyahətlər etmişdir. Birinci dünya müharibəsində orduya qatılan Zweig, arxiv rəhbəri olaraq çalışmış və əlinə gələn sənədlərlə müharibənin iç üzünü görmüşdür. 1916-ci ildə işıq üzü görən “Babil qülləsi” və 1918-ci ildə çıxan “Zorlama” adlı kitabları müharibənin təsirlərini daşıyır. 1917-ci ildə yazdığı “Yeremiya” adlı tragediyası, müharibənin ağrı-acısını göz qabağına sərmişdir. Stefan Zweig müharibə bitdikdən sonra 24 mart 1919 tarixindən Strazburqa yerləşmiş və 1920-ci il 28 yanvarda Frederika Von Vintermitz ilə evlənmişdir. Həyatının əlverişli dövrünü keçirən Zweig, həmin zamanlarda “Amok”, “Qorxu”, “Məcburiyyət” və “Bir qadının həyatının 24 saatı” əsərlərini yazmışdır. Hitlerin yüksəlməyinin ardından qara siyahıya alınan yəhudi əsilli Stefan Zweig, 17 fevral 1933 tarixində evi axtarıldıqdan sonra narahat olmuş və Londona köçmüşdür. Alman faşistləri ideologiyaları ilə uyğun gəlməyən kitabları, içi Zweigin əsərləri qarışıq yüzlərlə əsər yandırmışdır. 1938-ci ildə Frederika ilə boşanan Stefan, 1939-ci ildə katibəsi Charlotte Aytmaynt ilə İngiltərə də evləndi. İkinci dünya müharibəsinin başlanğıcı olan bu dövrlərdə yəhudilərə qarşı zülmə səsini çıxarmadığı, propaqandalara qatılmadığı üçün yəhudilər tərəfindən şiddətli tənqidlərə məruz qalmışdır. 1940-cı ildə İngilis vətəndaşı olan Stefan və həyat yoldaşı New York, Argentina və Paraqvaya səyahət etmiş, həmin ilin 22 avqustunda Braziliyanın Petropolis şəhərinə yerləşmişdir. Alman faşizminin dəhşətli hala gəlməsindən depressiyaya qapılan dəyərli yazıçı 1942-ci ilin başında “Şahmat” əsərini qələmə almışdır. 1942-ci il fevralın 22-də Stefan Zweig və həyat yoldaşı Veronal adlı dərmandan artıq doza alaraq intihar etmişdir. Bir gecə əvvəl qonşusu ilə şahmat oyunu oynayan yazıçı, evinə gedərək intihar məktubunu yazmışdır: “Öz istəyimlə və ağlım başımda bu həyatdan getməzdən əvvəl son vəzifəmi də yerinə gətirməyi də özümə borc bildim. Mənə və işlərimə belə yaxşı və qonaqsevər münasibət göstərən ölkə Braziliyaya təşəkkür edirəm. Bu ölkəni hər keçən gün daha da sevməyi öyrəndim. Və mənim dilimin danışıldığı dünya mənə görə məhv olduqdan və mənəvi yurdum Avropa öz-özünü yox etməsindən sonra həyatıma yenidən başlamaq istəyəcəyim başqa bir yer ola bilməzdi. Lakin 60 yaşından sonra yenidən başlamaq üçün xüsusi gücə ehtiyac vardır. Ancaq mənim gücüm illərlə yurdsuz gəzdiyim üçün tükəndi. Bu səbəblə ruhi məşğələnənin saf xoşbəxtlik olduğu, şəxsi azadlıqda isə ən böyük neməti görən birisi olaraq, bu həyatı doğru bildiyim zamanda dik duruşla bitirməyi uyğun bilirəm. Bütün dostlarımı salamlayır və ümid edirəm ki, bu uzun gecənin ardından gələcək olan şəfəqi görə bilərlər. Amma mən səbirsizəm, o səhəri gözləyə bilməyəcəyəm.
··
350 görüntüleme
VüsaIe Quluzadeh okurunun profil resmi
Canimmmcimmmmm Zweigimmmmmmmm 🙈🙈
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.