Puan vermedi·296 syf.····Okunma: 25 Şubat 2022 12:34 Bəlkə də gerçəkləşdirmək istədiyimiz xəyallarımız bizim özümüzü daha rahat ifadə edə biləcəyimiz potensialına sahib olduğu üçün ondan əl çəkməyimiz çox çətin olur. Üstəlik ailə və o can atdığımız xəyallar arasında seçim etmə məcburiyyəti və qərarsızlığımız bizə eksiztensialist sancılar çəkməyin qaçınılmaz olduğunu pıçıldayır..Hər şəyə biganə yanaşıb olmaq istədiyin insan olmaq asandırmı? Vecsizlik və biganəlik hər şəydən əl çəkə biləcək qədər, onları itirməyi gözə ala biləcək qədər və onlarsız yaşaya biləcək qədər sadədir mi?
Roman məşhur fransız rəssam Pol Qogenin ədəbi versiyası olan Çarlz Strikləndin hər şeyi atıb rəsm çəkmə arzularının ardınca getməsindən bəhs edir..Somerset Moemin mini klassika seriasıyından olan ''Qisas'' kitabını oxuyanda Stefan Zweig üslubunu xatırlamışdım. Klassik kitab oxumağa çəkinən oxucular rahatlıqla Somerset Moemdən mütaliə edə bilərlər.