Gönderi

336 syf.
9/10 puan verdi
·
Read in 18 days
Sakın gözlerini açma...
Yazıçının oxuduğum ilk kitabı idi və bəlkə də, ən möhtəşəm kitabı... Qorxu, həyəcan, ölüm... Kitabda, onları görənləri vəhşicəsinə öldürən məxluqlardan və bu hadisədən özlərini qorumaq, bacardıqları qədər sağ qalmaq üçün səy göstərən insanlardan bəhs olunur. Kitabın baş qəhrəmanı Malorie, çox güclü bir xarakterdir. Malorie, bacısı ilə eyni evdə yaşayır, bir gün artıq o qorxunc xəbərlər və vəhşi məxluqların törətdikləri faciələr yayılmağa, insanları qorxuya salmağa başlayır. Kim onlardan birini görsə, dəli olmağa, vəhşiləşməyə və sonda, ölməyə məhkum olur. Daha sonra, Malorie'nin bacısı həmin məxluqlardan birini görür və vəhşicəsinə öldürülür. Bu sarsıdıcı hadisədən sonra, Malorie qəzetdə gördüyü, belə qorxunc hadisələrdən özlərini qorumağa çalışan bir neçə insanın sığındığı elandakı ünvana getməyi qərara alır. Bundan sonra isə əsl macəra başlayır... Bu cümlə, artıq insanların məxluqları unudub, bir-birilərindən şübhələnməyə, qorxmağa və qisas almağa başladıqlarını açıqca sübut edir: "İnsanoğlu korktuğu yaratığın ta kendisidir." Və sevmədiyim bir nüans... Bu cümlələrin dəfələrlə təkrar olunmasıdır. Bir cümləni on-on beş dəfə təkrar etməyə nə ehtiyac var ki (yazdıqlarım, sadəcə bir hissəsidir, kitabda dəfələrlə təkrarlanır). : "Don. Don. Don. Don. Don. Don. Don. Don. Don. Don. Battaniyeleri indirdi. Onların içeri girmesine izin verdi. Biri yaratıkları gördü. Onların içeri girmesine izin verdi. Biri aklını kaçırmıştı ama kimdi? Don onların içeri girmesine izin verdi. Don battaniyeleri indirdi. Don onların bize zarar vereceğine inanmıyor. Don bunun sadece zihnimizde olduğunu düşünüyor." Kitabı çox sevdim. Həqiqətən, oxuyarkən özümü onları yaşayırmış kimi hiss etdim. Yazıçının, yaradıcılığı, hadisələri gerçəkmiş kimi yazması kitabın ən sevdiyim cəhətlərindəndir. Bu kitab, verilən bütün mükafatlara layiqdir. Yazıçının bu kitaba görə qazandığı mükafatlar: Michigan Önemli Kitap Ödülü (2015, kazandı - Bird Box) James Herbert Ödülü (2015, aday - Bird Box) Bram Stoker En İyi İlk Roman Ödülü (2015, aday - Bird Box) Josh Malerman, kitabdakı qorxu atmosferini, insanların yaşadığı qorxuları, acı həyatı oxuculara mükəmməl bir tərzdə çatdırıb. Kitabın filmi də, var. Bu kitab, yazıçının ən tanınan və ən bilinən kitabıdır və bu kitabın davamı olaraq
Malorie: Bir Kafes Romanı
Malorie: Bir Kafes Romanı
var. Kitabdan sevdiyim alıntılardan birini sizinlə paylaşmaq istərdim: Günler birbirine karışır. Bu nedenle, oturma odasının duvarına bir takvim çizdik. Biliyorsun, zaman bir yerden sonra anlamını yitiriyor. Ama eskiden yaşadığımız hayatı bize anımsatan tek şey o.” “Akıp giden zaman mı?” “Evet. Ve onunla ne yaptığımız.” Sağ olun, sevgiylə və kitabla qalın. :))
Kafes
KafesJosh Malerman · İthaki Yayınları · 201813k okunma
·
2,003 views
Aceso okurunun profil resmi
Mükəmməl yazmısan. 🥰 Mən qorxu kitablarını bitirəmiyəcəm. 🥲🥲🥲 Qaldı gələn aya.
Aria okurunun profil resmi
Təşəkkürlər. Bu ay məndən başqa heç kim bitirməyib, deyəsən.
4 next answer
Samirə Abbasova okurunun profil resmi
Əllərinə sağlıqqq🤩❤️ Kitabı çox gözəl şərh etmisən🌸🦋
Aria okurunun profil resmi
Təşəkkürlər. <3
Kitabsever okurunun profil resmi
İncələməni elə ləzzətli yazmısan ki, özümü kitabın tanıtım gecəsində bir fraqmenti izləyən biri kimi hiss etdim. Mən çoz vaxt incələmələri oxumuram. Spoiler yeməmək üçün. Təşəkkür edirəm. Spoilersiz xülasə üçün. Və oxuyarkən bir film yadıma düşdü. Yazacaqdım ki, araşdır, məncə filmi də olmalıdır:) Sən yazmısan. Ürəyinə sağlıq.🌼
Aria okurunun profil resmi
Vauu, təşəkkür edirəm. Bəlkə də, hələ ki, ən yaxşı incələməm bu olub. Aha, filmi də çox möhtəşəm imiş, deyilənlərə görə. Həmin qorxunu, həyəcanı izləyərəkdən yaşamaq. Filmini hələ ki, izləməyə fürsətim olmayıb və bir müddət də, olmayacaq.
5 next answer
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.