Peter Pan - J.M.Perrie
8/10
·192 syf.··
Beğendi
·
2021 32. kitabı
·
11 günde okudu
·
Okunma: 07 Eylül 2021 00:00
Peter Pan adını yəqin ki, uşaqlıqda çoxumuz eşitmiş, cizgi filmini izləmişik. Mənim isə demək olar heç nə yadımda qalmamışdı. Ona görə də kitabını oxumaq istədim. Əsas səbəb isə Michael Jecksonun müsahibələrində Peter Peni çox sevdiyini demesi ve "Neverland" adı verdiyi, uşaqlar üçün kiçik bir "ölkə"yə sahib olması idi. Əsəri oxuyarkən etdiyim araşdırmalar nəticəsində müəllifin həyatı mənə çox təsir etdi. Biz əslində müəllifin, Jamesin həyatənı oxuyuruqmuş. James kiçikikən ailəninnən çox seviləni qardaşı David dünyasını dəyişir. Anası bu hadisədən sonra toparlana bilmir. Bir gün James qardaşının paltarlarını geyinir və onun kimi davranır. Bu isə anasının xoşuna gəlir. O həyatını David olaraq yaşayır. Hətta psixolojik cücəlik deyilən xəstəliyə də tutulur. O bu əsərin büten gəlirlərini isə xəstə uşaqlar üçün xərclənməyini vəsiət edir. Originalı daha qaranlıq olsa da, daha çox bu halı ilə oxunmuş və sevilmiş olan əsərdə Peter heç böyüməyən, anaları və ataları sevməyən,öz dostları ilə Heçbiryer ölkəsində yaşayan bir balaca oğlandır. Ancaq tanış olduğu Wendynin onun anası olmağını istəyir. Və hadisələr maceralı bir şəkildə davam edir... Anaları sevməyən Peteri başa düşmək olar. Axı, Jamesin də heç anası olmamışdı. Anası qardaşının anası idi.. Qısaca, kitab, müəllif haqqında və öz düşüncələrimi bölüdüyüm bu postu oxumağınızı və əsərə şans verməyinizi istəyirəm. Hətta Finding Neverlan adlı bir film tövsiyəsi də edim. Baş rollarını Johnny Depp və Kate Winsletin paylaşdığı film müəllifin həyatı, Penin yaranması mövzusundadır. Hər kəsə xoş izləmələr və Oxumalar. 28.08.21 12:22 07.09.21 22:34
Peter PanJ. M. Barrie · İş Bankası Kültür Yayınları · 20199,3bin okunma
·
68 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.