İvan İlyiçin Ölümü - Lev Tolstoy
8/10
·83 syf.··
Beğendi
·
2021 33. kitabı
·
3 günde okudu
·
Okunma: 12 Eylül 2021 00:00
Məhşur əsərlər müəllifindən oxuduğum bu kitab 1886-cı ildə nəşr olunub. Adından da bəlli olduğu üzrə baş obraz İvan İlyiçdir. Sadə, düz, savadlı, hüquqşünas olan İvan həyatını ən doğru şəkildə yaşamağa çalışır. Hər şeyin gərəkdiyi kimi olmasına diqqət etsə də xəstəlik onun məhvinə səbəb olur. Məncə bu spoiler hesab olunmaz. Əsərin adı bizə nə oxuyacağımızı əvvəlcədən deyir. Güçlü hörmətli bir adam olan İvanın xəstəliklə boğuşarkən gücündən əsər qalmır. İvan İlyiç həyatı hər zaman bütün pisliklər başqasının başına gələcəkmiş kimi yaşamış, ölümün varlığını unutmuşdur. Onunla üzləşərkən həyata baxışında yaranan dəyişikliklər, beynində yaranan suallar əslində bu sadə əsərin çatdırmaq istədiyi önəmli məqamlardandır. Ölümü nə qədər xatırlayırıq? Öləcəyini bilsən nələr hiss edərsən? Ölümü gözləmək nə qədər ağırdır? Yaşadığımız həyatın, seçimlərimizin nə qədər doğru olub olmadığını hardan bilə bilərik? "Belki də sürdürdüğüm yaşam, sürdürmem gereken yaşam değildir" Siz də Tolstoy qələmi ilə tanışmaq istəsəniz bu əsərə şans verə bilərsiniz. Sonluqda keçirtdiyim hislər bu kitaba ayırdığım zamana dəyərdi. 10.09.21 10:48 12.09.21 12:16
İvan İlyiç'in ÖlümüLev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 202261,1bin okunma
·
23 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.