·56 syf.··Beğendi
···Okunma: 12 Aralık 2021 00:00 Hekayə ustası olan Poe ədəbiyyat tarixində yazdığı qısa hekayələr və şeirlərlə iz qoymusdur. Daha çox dedektiv, cinayət, sirr, qorxu mövzulu yazdığı əsərlər ilə bir çox yazara ilham olmuşdur.
Ağır həyat yaşamış yazarın hər şeyə rəğmən yazaraq yaşadığını deyə bilərəm.
Müəllifdən oxuduğum ilk əsər də adından göründüyü kimi bir cinayət üzərinə qurulub. Bir-birini tapan iki dost birgə yaşayarkən təsadüfən bir cinayətin həllində önəmli rol oynayırlar.
Qəribə ünsürlərin yer aldığı əsərdə Dupin obrazı xüsusilə diqqəti cəlb edir. İlk oxuyarkən mənə Sherlocku xatırlatdı. Sonra öyrəndim ki, məhz bu əsər o obrazın yaranmağı üçün ilham qaynağı olubmuş.
İnanəlmaz analız bacarığı ilə hadisələrə yanaşma tərzi cinayətin həllində ona kömək etdi.
Qısa həcminə baxmayaq bəyənərək oxuduğum əsərdə cinayətin detallarının acıq verilməsi "qan" sevməyənlər üçün cazib olmaya bilər. Ancaq janr olaraq mənə
uyğunluğu qısa zamanda əsəri oxumağıma səbəb oldu.
Yazarın qalın hekayələr toplusunu almağa qərar verdim :)
Hələ də müəlliflə tanışmamısınızsa şans verməyə dəyər.
12.12.21
12.12.21 21:47
56s.