·135 syf.··Beğendi
···Okunma: 31 Ocak 2022 00:00 Uzun zamandır müəllif ilə tanış olmaq istəyirdim. Kitabları haqqında araşdırmalarım nəticəsində anladım ki, sevməyən yox dərəcəsindədir. Hansı kitab ilə başlamalıyam deyə düşünüb Lejyonda qərar qıldım.
Seriya üç kitabdan ibarətdir.
İlk kitab başlanğıc kitab olduğu üçün baş qəhrəmanımız Stephen Leedsin kim olduğunu, onu hamıdan fərqləndirən xüsusiyyətləri və macəra dolu bir hadisəni oxuyuruq. Leeds hamının onu tanıdığı adı ilə Lejyon qəribə bir xəstəlik səbəbilə beynində fərqli şəxsiyyətlər, surətlər yaradır. Bu surətlər olduqca istedadlı, bacarıqlı və ağıllıdırlar. Hətta bəziləri halusinasiya olduqkarının fərqindədir. Bu surətlər Lejyona maraqlı hadisələrin həllinfə kömək edir. Bu kitabda isə insanlıq üçün sarsıcı bir ixtira olan özəl bir fotoaparatın və onun yaradıcısının tapılmasında Leedsə kömək edirlər.
İkinci kitab davam xarakteri daşıdığı üçün artıq informasiya verməyəcəm. Ancaq baş qəhrəmanımızın surətlərindən birinin yoxa çıxması, səhətində olan problemlər və rastlaşdığı bir insan ilə vəziyyətin nə dərəcə dəyişəcəyini görürük. Leeds nə qədər güclüdür?
Surətlərdən Tobiası və J.C çox sevdim. İstər istəməz duyğusal bağ qurdum
Əlqərəz ilk iki kitab yanvar ayının birinci və dördüncü kitabı olsa da bir postda paylaşmaq istədim. Bəyənərək oxudum. Müəllifin qələmini çox bəyəndim. Sadə axıcı və maraqlı bir sujet xətti olan kitablar idi. Üçüncü kitab üçün səbirsizlənirəm.
Siz də bu müəllifə şans verməyi düşünə bilərsiniz.
Hər kəsə xoş oxumalar.
II- 30.01.22/31.01.22
135S