Gönderi

320 syf.
8/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Seymur Baycana Azərbaycan oxuyucuları arasında birmənalı yanaşma yoxdu, kimi üçünsə əladı, kimi üçün hətta yazıçı belə deyil. Bunun birinci səbəbi Seymurun publistik yazıları və orada ələ aldığı mövzulardı. Xusuiyle qadınlar haqqında düşüncələri ona olan aqresyanın əsas səbəbidir. Bəzən isə düşünürəm ki hətta bilərək məqalələrində qıcıq doğuracaq, provakativ fikirlər səsləndirir və bunu başlıq olaraq istifadə edir. Düzü mənim də bəyənmədiyim hətta qəzəbləndiyim fikirləri var. Ancaq bunları kənara qoyub yalnızca ədəbi nöqteyi nəzərdən baxsaq Seymur Baycan Azərbaycan üçün önəmli yazıçıdır. Gələcək bunu isbat edəcək. Kitaba gəldikdə isə hekayələr, esselər və düşüncələrdən ibarətdir. Seymur əksərən özünü yazır, hekayələrinin çoxunda əsas personaj özüdür ve özünün gözündən gördüklərinin, yaşadıqlarını bizə nəql edir və bunu çox yaxşı bacarır. Hekayələrin çoxunda hadisələr birinci Qarabağ savaşından əvvəlki və sonrakı zamanlarda cərəyan edir. Yazıçının uşaqlığına və yeniyetməliyinə düşən bu qarışıq zamanlar- sovetlərin çöküşü, savaş, yoxsulluq ve itkilərin fonunda yaşamağa çalışan insanlar - olduqca aydın və diri şəkildə çatdırılır. Bu dövrün bizim üçün də uzaq olmadığını, bizdən böyük qohum qonşularımızın bu dövrdə yaşadığını düşünəndə hər fikir hər cümləni daha həvəslə və maraqla oxudum. Bundan əlavə kitabda günümüzdən də bir neçə hekaye var və bunlar daha çox incə yumor və istehza ilə tənqidi xarakterdədirlər. Kitabı bəyəndim, yazıçının yaradıcılığı ilə yaxşı tanışam, ədəbi yanı olduqca güclüdür. Təəsüf ki, haqq etdiyi dəyəri görə bilmir.
Başından Bezən Adam
Başından Bezən AdamSeymur Baycan · Qanun Nəşriyyatı · 20192 okunma
·
121 görüntüleme
A. 27