Gönderi

“8 Mart Dünya İşçi Qadınlar Günü” 1857-ci ildə Amerikanın New York ştatında toxuma fabrikində işləyən qadın işçilər iş saatlarının uzun olmağından şikayətçiydilər. O qədər işləyirdilər ki, uşaqlarının üzünü çox az görürdülər. Onsuzda o qadınların uşaqlaı da fabrikdə işlədilirdilər. Qadın işçilərin ən böyük istəyi gündəlik iş saatlarını 16 saatdan 10 saata endirmək idi. Qadın işçilər bu məqsədlə böyük bir hərəkat başlatdılar. Fabrik işləməz oldu. Bu hərəkat, o günə qədər görülmüş ən böyük qadın hərəkatı idi. İşçi qadınlar tarixdə iz buraxmağa girişmişdilər. Bu qadınlar əmək haqqlarının da artırılmasını istəyirdilər. Kişilər ilə eyni işi etsələr belə, onlardan çox az əmək haqqı almaqdan bezmişdilər. Bərabər işə, bərabər haqq tələb edirdilər. Hərəkat fabrik sahibini və digər müdürləri çox narahat edirdi. Polis və müdürlər əl-ələ verdilər. Polis işçilərə hücum çəkdi, müdür isə qadın işçiləri fabrikə bağladı. Onlar içəridə bağlandıqdan bir müddət sonra fabrikdə yanğın çıxdı və 129 qadın işçi qapılar qıfıllı olduğundan içərdə yanaraq can verdi. Bu hadise 8 mart günü gerçəkləşmişdir. İşçi qadınlar o günü heç unutmadılar və iş günlərinin qısaldılması hərəkatını kişi işçilərlə bərabər davam etdirərək zəfərə daşıdılar. 1910-cu ildə Mübarizəçi Sosial Qadınlar Almaniyada bir konferansda bir araya gəldilər. O gün bu qadınlardan biri olan Klara Zetkin New York Tekstil işçiləri olan bu qadınlarının xatirəsinə 8 Mart tarixinin Dünya İşçi Qadınları günü olaraq qeyd olunmasını irəli sürmüşdür. Konferanslaki qadınlar bu təklifi coşğu ilə qarşılamışdılar. Və beləcə təklif qəbul olunduqdan sonra ilk Qadınlar günü 1911-ci ildə dövrün müxtəlif sənaye ölkələrində qadın və kişi işçilərinin kütləvi qatılması ilə qeyd edilmişdir. O gündən etibarən 8 Mart hər dövrdə sülh və Azadlıq simvolu olacaqdır.
··
848 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.