·312 syf.····Okunma: 10 Mart 2022 13:30 – Vəhşini vur! Boğazın üz! Qanını tök!
– Balıqulağının səsi eşidilir... hamı yığıncağa gəlsin.
–Tüstü lazımdı. Tonqal qalamaq lazımdı. Xilas olunmalıyıq.
– Ət lazımdı. Ova çıxmaq lazımdı.
Uşaqları xilas etmək lazımdı. İlk öncə daxillərindəki vəhşidən. Sonra da adadan... Onlar başda saf və təmiz idilər. Lakin sonra... hər şey dəyişdi. Onlar daxillərindəki "pislik" və "təmizlik" arasında seçim etdilər.
Piqqinin eynəyini qaytarın və ona qulaq asın. Ralf başçıdı, ona itaət edin. Cek ovçudu, ona yardımcı ovçular lazımdı. Balacaları sayın, neçə nəfər olduqlarına baxın. Simon, Rocer, Robert, Bill və adını bilmədiklərimiz. Hər kəs evə qayıtmaq istəyirmi ?!