Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

168 syf.
8/10 puan verdi
·
41 günde okudu
Franzın ən sevdiyi bacısı olan Ottla'ya 1910cu ildən, öldüyü 1924cü ilə qədər yazdığı məktubların toplusu olan səmimiyyət qoxan bir kitab. Kafkanın ən az bir kitabını oxumuş birisi belə onun depressif , melanxolik, öz güvəni aşağı və həyata, insanlara çox küskün birisi olduğu nəticəsini çıxara bilər. Yəni ən azından mən bu nəticələri çıxarırdım. Lakin məktublar yazarların yazdıqları əsərlərə bənzəməz, onların iç dünyasını mümkün qədər səmimiyətiylə çatdırar bizə, çünki beynində nəzərdə tutduğu oxuyucu kütləsi olmadan sevdiklərinə yazdığı məktublar əlbəttə fərqli olur. Gündəlik danışıqlardan ibarət olan bu məktublar oxuyarkən mənə o qədər böyük həzz verdi ki, kitaba qiymətləndirməm 10 baldır amma oxumaq istəyən insanlarda önyarğı yaratmasın deyə 8 bal qeyd etdim. Çox yaza biləcəyim bir şey yoxdur, sadəcə Franz bu yazımı oxuya bilsəydi ona bircə şey demək istəyərdim. Bacına qarşı bəslədiyin sevgi, atana qarşı bəslədiyin küskünlük və həyatının son illərində xəstəliklərdən çəkdiyin əziyətlərinlə birlikdə səni qucaqlamaq, ölmədən öncə sənin məktub yoldaşın olmağı arzu edərdim. Narin qəlbinlə bu dünyadan keçdiyin üçün minnətdaram. Not: kitabı uzun müddətdə oxuma səbəbim əsla kitabın maraqsız olması və ya axıcı olmaması ilə bağlı deyil, sadəcə mən zaman tapa bilmirdim.
Ottla’ya ve Aileye Mektuplar
Ottla’ya ve Aileye MektuplarFranz Kafka · Türkiye İş Bankası Kültür Yayınları · 2018883 okunma
·
564 görüntüleme
Near okurunun profil resmi
Çox vaxt, kitab haqqında hər şeyi bilməmək üçün incələmələri oxumamağa üstünlük verirəm (əgər kitab oxunacaqlar siyahımdadırsa). Amma incələmənin ilk cümləsinə başladım, sonra dayanmadım artıq. Qısa yazsan belə həqiqətən möhtəşəm alınıb. Məncə, bu qısa yazı kitabı oxuculara sevdirmək üçün kifayətdir💜 Və təbii ki, də Kafkaya notun <3
admiral914 okurunun profil resmi
İncələmə yazanda əsasən çox primitiv yazıram, yəni kitabın mövzusundan çox öz hislərimə fokuslanıram. Oxuduğun üçün təşəkkürlər, kitabı hər kəs sevməyə bilər, comfort kitabdır, fantastik, romantik, mistik və s. janrlara öyrəşmiş biriləri üçün sıxıcı gələ bilər, amma mən məktub şəklində kitabları oxuyanda yazarla qarşı-qarşıya oturub söhbət etdiyimi hiss edirəm və digər kitablarında bu hissi yaşamır insan əlbəttə. Franz həmişə xasiyətini özümə çox bənzətdiyim bir yazar idi, bu kitabı oxuduqca kaş bacın mən olaydım deyə düşündüm hər səhfədə.😭💜
2 sonraki yanıtı göster
Aceso okurunun profil resmi
Əslində Dönüşüm kitabında da əsas obraz əsas bacısını çox istəyirdi. Orda da, deyəsən, atasına qarşı yaxşı deyil idi münasibəti. 🤔 Amma bacısı dəqiq yadımdadı.
admiral914 okurunun profil resmi
Sən belə dedin xatırladım, ona yalnızca bacısı qulluq edirdi, ata anası isə elə əvvəldən qorxub iyrənirdilər ondan. Və sanki gerçək həyatdaki xəstəliklərini böcəyin üzərindən çatdırırdı bizə.
5 sonraki yanıtı göster
Aygün Hüseynova okurunun profil resmi
Verdiyin bal sənə özəl bir şey olduğu üçün içindən keçəni verməyin tərəfdarıyam, nəticədə hamının bir kitaba qarşı bəslədiyi hisslər, düşüncələri və s. eyni olmur, önyargı yaradacağını düşünmürəm 😃 Şərhin isə əladır 👌🏻
admiral914 okurunun profil resmi
Qorxuram ki, 10 bal versəm bu tərz oxumayan birisi yüksək gözləntiıərlə başlayar və sonra sevməz deyə lap aşağl bal verər kitaba😖 Bəyəndiyinə sevindimm💖💫
nazrinkitab okurunun profil resmi
Siyahıma əlavə etdim,təşəkkürlər :)
admiral914 okurunun profil resmi
Ümid edirəm bəyənərsiniz)
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.