·304 syf.····Okunma: 20 Mart 2022 00:37 Bir sözlə MÖHTƏŞƏM
Kitaba heyran oldum...
Kitabı təzəcə əlimdən yerə qoydum və hisslərim hələ də istidi. Onları yazmaq istiyirəm bura. Sözün əsl mənasında ürəyimə toxunan kitab oldu. Gözləntim bu deyildi. Ama sözlə ifadə edə bilməyəcək qədər bəyəndim. Kitabın süjet xətti, obrazlar, hələ o son. Hər şeyi ilə nəfis idi.
Deməli, kitabda hadisələr iki zaman ətrafında dönür. Biri 1940lar, digəri 2000ci il, ama bir-birlərinə bağlıdırlar. Ən zövqüverici tərəflərindən biri də elə bu idi: tez-tez bu zamandan o zamana keçirdi.
Adından da görüldüyü kimi hadisələrin mərkəzində duran və hardasa hər səhnədə qabağımıza çıxan kameliyanın xüsusi növü Milbery kameliyasıdır. Baş obrazlarımızdan biri bu kameliyanı oğurlasın deyə hələ təzəcə böyük bir hüzun və kədərdən keçmiş, eyni zamanda sirrin gizləndiyi bir malikanəyə göndərilir. Digər baş obraz isə keçmişinin üzərində qorxulu kölgə olduğu yeni həyatına davam etməyə çalışarkən üstü uzun illər açılmamış müəmmanın ortasına düşür. Zamanlar və insanlar fərqli olsa da, ikisi də sirrin üstünü açır.
Yazıçı hardasa 250ci səhifələrə qədər detalları az-az bizə verir. Nələrisi başında qurmaq çətin olur. Lakin son 50-60 səhifədə bütün düyünlər açılır. Bu nöqtəyə çatana qədər nəfəskəsici olur... Buna bir dedektiv əsər kimi baxmaq olmaz məncə. Amma Sarah Jio özünü bu sahədə sınamalıdı;) Bu ondan oxuduğum ilk kitab idi. Bilmirəm bu onun yazı stilidi, yoxsa sadəcə bu kitabına məxsus idi. Əgər bütün kitabları belədirsə, millət xəbəriniz olsun, yeni bir favorit əlavə olundu siyahıma. Özü də bu kameliyalar barədə biraz araşdırmağı düşünürəm. Məftunedici güllərdi həqiqətən